...

Azərbaycanda bu il yeni idman kompleksləri istismara veriləcək - nazir

Cəmiyyət Materials 2 Fevral 2010 11:49 (UTC +04:00)
Azərbaycanda bu il yeni idman kompleksləri istismara veriləcək. Azərbaycan gənclər və idman naziri Azad Rəhimov çərşənbə axşamı jurnalistlərə bildirib.
Azərbaycanda bu il yeni idman kompleksləri istismara veriləcək - nazir

Azərbaycan, Bakı, 2 fevral / Trend , müxbir M.Əliyev/

Azərbaycanda bu il yeni idman kompleksləri istismara veriləcək. Azərbaycan gənclər və idman naziri Azad Rəhimov çərşənbə axşamı jurnalistlərə bildirib.

"Bu ilin fevral-mart aylarında Ağdaş və Göyçayda yeni idman komplekslərinin açılışını planlaşdırırıq",- Rəhimov bildirib.

Onun sözlərinə əsasən, iyun-iyul aylarında Mingəçevirdə idmanın avarçəkmə növü üzrə kompleks istismara veriləcək. "Noyabr- dekabr aylarında Balakən və Tovuzda idman kompleksləri açılacaq. Nazir həmçinin bu il Bakıda üzgüçülük hovuzunun bünövrəsinin qoyulacağına ümid etdiyini bildirib. Bakı qəsəbələrinin inkişafı planına uyğun olaraq həmin qəsəbələrdə də idman kompleksləri tikiləcək", - Rəhimov bildirib.

Xəbər lenti

Xəbər lenti