...

Gürcüstan azərbaycanlıları Tbilisidə tərcümə mərkəzi yaradıb

Cəmiyyət Materials 3 Fevral 2010 11:24 (UTC +04:00)
Gürcüstan Azərbaycanlıları Konqresinin nəzdindəki Azərbaycan-gürcü və gürcü-Azərbaycan dilləri üzrə tərcümə mərkəzi yaradılıb.
Gürcüstan azərbaycanlıları Tbilisidə tərcümə mərkəzi yaradıb

Gürcüstan, Tbilisi, 3 fevral / Trend , müxbir C.Babayeva/

Gürcüstan Azərbaycanlıları Konqresinin nəzdindəki Azərbaycan-gürcü və gürcü-Azərbaycan dilləri üzrə tərcümə mərkəzi yaradılıb.

"Tbilisidə bir neçə tərcümə mərkəzi fəaliyyət göstərir, ancaq onlar peşəkar deyildir. Yeni mərkəzin yaradılmasında məqsəd kitabların, sənədlərin, jurnalların, Azərbaycan dilindən gürcü dilinə və ya əksinə keyfiyyətli tərcümə olunmasıdır", - çərşənbə günü GAK-nin sədri Əli Babayev Trend -a məlumat verib.

"Mərkəzdə tərcümələr mütəxəssislərin, elmi işçilərin və professorların rəhbərliyi altında həyata keçiriləcək", - Babayev bildirib.

Gürcüstan Azərbaycanlıları konqresi 2008-ci ildə Tbilisidə təqribən 20 azərbaycanlı QHT-lər tərəfindən təsis edilib. Konqresin məqsədi azərbaycanlıların Gürcüstan cəmiyyətinə inteqrasiyasına kömək etmək və onların problemlərinin həlli yollarını araşdırmaqdır.

Qeyri-rəsmi məlumatlara əsasən, Gürcüstanda əsasən Kvemo-Kartli əyalətində (Borçalı) təqribən 500 min azərbaycanlı yaşayır.

Xəbər lenti

Xəbər lenti