...

Azərbaycan və Küveyt Gənclər təşkilatları əməkdaşlıq haqqında memorandum imzalayacaq

Cəmiyyət Materials 5 Fevral 2010 15:10 (UTC +04:00)
Azərbaycan və Küveyt Gənclər təşkilatları əməkdaşlıq haqqında memorandum imzalayacaq. Sənəd “İrəli” İctimai Birliyi və Küveyt Gənclər təşkilatı LoYAC (Lothan Youth achievement Centr) arasında imzalanacaq. Bu barədə “İrəli”-nin sədri Ceyhun Osmanlı Trend News-a bildirib.
Azərbaycan və Küveyt Gənclər təşkilatları əməkdaşlıq haqqında memorandum imzalayacaq

Azərbaycan, Bakı, 5 fevral / Trend , müxbir M.Əliyev/

AzərbaycanKüveyt Gənclər təşkilatları əməkdaşlıq haqqında memorandum imzalayacaq. Sənəd "İrəli" İctimai Birliyi və Küveyt Gənclər təşkilatı LoYAC (Lothan Youth achievement Centr) arasında imzalanacaq. Bu barədə "İrəli"-nin sədri Ceyhun Osmanlı Trend -a bildirib.

Onun sözlərinə əsasən, Oğuzda "gənc liderlər üçün qış universiteti" layihəsinin həyata keçirilməsi zamanı sənədin imzalanması fevralın 6-si gözlənilirdi, Azərbaycan ərazisində hava şəraitinin pisləşməsi nəticəsində imzalanma təxirə salındı.

"Memorandum "İrəli" və LoYAC arasında ikitərəfli təcrübə mübadiləsi, səfərlərin təşkili, beynəlxalq layihələrdə birgə iştirak məsələlərində əməkdaşlığı nəzərdə tutur", - Osmanlı bildirib.

Xəbər lenti

Xəbər lenti