...

İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik vasitə gətirməkdə ittiham olunan şəxsə hökm oxunub

Cəmiyyət Materials 9 Fevral 2010 12:55 (UTC +04:00)
Trend News-un məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Firudin Ağamalı oğlu Məhəmmədov əmlakı müsadirə olunmaqla 10 il müddətinə azadlıqdan məhrum edilib.
İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik vasitə gətirməkdə ittiham olunan şəxsə hökm oxunub

Azərbaycan, Bakı, 09 fevral / Trend , müxbir H.Bağırov/

İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik vasitə gətirməkdə ittiham olunan şəxsə hökm oxunub.

Trend -un məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Firudin Ağamalı oğlu Məhəmmədov əmlakı müsadirə olunmaqla 10 il müddətinə azadlıqdan məhrum edilib.

Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin qaçaqmalçılıq (206.3.2), qanunsuz olaraq külli miqdarda narkotik və psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma (234.4.3) maddələri ilə ittiham olunub.

Məhəmmədov 2009-cu ilin iyulunda İrandan Azərbaycana küllü miqdarda narkotik vasitə keçirərkən həbs edilib.

Xəbər lenti

Xəbər lenti