...

Azərbaycanda qəsdən adam öldürməyə cəhddə ittiham olunan kriminal avtoritetə cəza istənilib

Cəmiyyət Materials 16 Fevral 2010 14:01 (UTC +04:00)
Trend News-un məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə kriminal aləmdə "Lotu Süleyman" ləqəbi ilə tanınan Süleyman Şirinovun cinayət işi üzrə keçirilən prosesdə prokuror çıxış edib. Prokuror Şirinovun 12 il azadlıqdan məhrum edilməsini istəyib.
Azərbaycanda qəsdən adam öldürməyə cəhddə ittiham olunan kriminal avtoritetə cəza istənilib

Azərbaycan, Bakı, 16 fevral / Trend , müxbir H.Bağırov/

Azərbaycanda qəsdən adam öldürməyə cəhddə ittiham olunan kriminal avtoritetin məhkəməsi keçirilib.

Trend -un məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə kriminal aləmdə "Lotu Süleyman" ləqəbi ilə tanınan Süleyman Şirinovun cinayət işi üzrə keçirilən prosesdə prokuror çıxış edib. Prokuror Şirinovun 12 il azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmə fevralın 17-də hökm elan edəcək.

Təqsirləndirilən şəxs 2000-ci ilə kimi qüvvədə olan Cinayət Məcəlləsinin 94,1.6-cı (ölümə sui-qəsd) maddəsi ilə ittiham olunur.

İttihama görə, Şirinov 1997-ci il noyabrın 19-da adam oğurluğu ilə məşğul olan Abuzər Abuzərovu öldürmək məqsədilə "Makarov" markalı tapançadan atəş açaraq onu yaralayıb.

11 il istintaqdan yayınan Şirinov 2008-ci ildə həbs edilib.

Xəbər lenti

Xəbər lenti