...

Bakıda ingilis dili festivalı keçirilib

Cəmiyyət Materials 16 Fevral 2010 17:21 (UTC +04:00)
Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyi və Təhsil Nazirliyinin dəstəyi ilə Bakıda ingilis dili festivalı keçirilib. Bu barədə Trend News-a səfirlikdən bildiriblər.
Bakıda ingilis dili festivalı keçirilib

Azərbaycan, Bakı, 16 fevral / Trend , müxbir M. Əliyev/

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyi və Təhsil Nazirliyinin dəstəyi ilə Bakıda ingilis dili festivalı keçirilib. Bu barədə Trend -a səfirlikdən bildiriblər.

Festival AZUS xaricdə təhsil şirkətinin "English Festival" adlı yeni layihəsi çərçivəsində həyata keçirilib.

Festivalın final mərhələsi Azərbaycanın tanınmış bəstəkarları, müğənniləri və digərlərindən ibarət münsiflər heyətinin iştirakı keçirilib.

Festivalın məqsədi müasir həyatımızda ingilis dilinə tələbin artmasını nəzərə alaraq, azərbaycanlı şagirdlərin ingilis dilini öyrənməyinə və inkişaf etdirilməsinə kömək etməkdir.

AZUS son bir neçə ildə məktəblilər üçün pulsuz kurslar, həmçinin Kembricdən müəllimlər gətirərək məktəblərdə proqramlar təşkil edib.

Xəbər lenti

Xəbər lenti