...

Azərbaycanda həbsdə olan blogerlər hakimlərə etiraz verdiyi üçün məhkəmə iclası təxirə salınıb

Cəmiyyət Materials 17 Fevral 2010 16:07 (UTC +04:00)
Bakı Apelyasiya Məhkəməsindən Trend News-a verilən məlumata görə, Emin Milli və Adnan Hacızadənin apellyasiya şikayəti üzrə keçirilən prosesdə vəkillər məhkəmə tərkibinə etiraz edib.
Azərbaycanda həbsdə olan blogerlər hakimlərə etiraz verdiyi üçün məhkəmə iclası təxirə salınıb

Azərbaycan, Bakı, 17 fevral / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycanda həbsdə olan blogerlər hakimlərə etiraz verdiyi üçün məhkəmə iclası təxirə salınıb.

Bakı Apelyasiya Məhkəməsindən Trend -a verilən məlumata görə, Emin Milli Adnan Hacızadənin apellyasiya şikayəti üzrə keçirilən prosesdə vəkillər məhkəmə tərkibinə etiraz edib.
Etiraza Bakı Apelyasiya Məhkəməsinin sədri tərəfindən baxılacağı nəzərə alınaraq proses martın 3-nə kimi təxirə salınıb.

Emin Milli və Adnan Hacızadə Cinayət Məcəlləsinin 127.2.3 (qəsdən sağlamlığa az ağır zərər vurma) və 221.2.1 (xuliqanlıq) maddələri üzrə təqsirli bilinirlər. Səbail rayon məhkəməsinin 11 noyabr 2009-cu il tarixli hökmü ilə Emin Milli 2 il 6 ay, Adnan Hacızadə isə 2 il müddətinə azadlıqdan məhrum edilib.

Xəbər lenti

Xəbər lenti