...

İrandan Azərbaycana qaçamalçılıq yolu ilə narkotik vasitə gətirməkdə ittiham olunan şəxslərin məhkəməsi keçirilib

Cəmiyyət Materials 10 Mart 2010 17:44 (UTC +04:00)
Trend News-un məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə narkotik vasitələrin qanunsuz dövrüyyəsi ilə məşğul olan mütəşəkkil dəstənin üzvlərinə prokuror cəza istəyib.
İrandan Azərbaycana qaçamalçılıq yolu ilə narkotik vasitə gətirməkdə ittiham olunan şəxslərin məhkəməsi keçirilib

Azərbaycan, Bakı, 10 mart / Trend , müxbir H.Bağırov/

İrandan Azərbaycana qaçamalçılıq yolu ilə narkotik vasitə gətirməkdə ittiham olunan şəxslərin məhkəməsi keçirilib.

Trend -un məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə narkotik vasitələrin qanunsuz dövrüyyəsi ilə məşğul olan mütəşəkkil dəstənin üzvlərinə prokuror cəza istəyib.

Prokuror Rasi Atakişiyevin 15 il, Hümbət Talışovun 15 il, Vasif Yusifzadənin 11 il, İlham Gözəlovun 11 il, Şahmar İmranovun 9 il, Nəvai Həmidovun 11 il, Cahangir Quliyevin 10 il, Zülfüqar Əsədovun 14 il, Nəsib Həsənovun 13 il, İntiqam Qasımovun 9 il, Vasif Həsənovun 15 il cəza almasını istəyib.

Təqsirləndirilən şəxslər 2009-cu il martın 9-da həbs ediliblər. Onlardan külli miqdarda narkotik vasitə olan heroin və həşiş aşkar edilib.

Təqsirləndirilənlər Cinayət Məcəlləsinin qaçamalçılıq (206.2), qanunsuz olaraq narkotik vasitələri əldəetmə, saxlama və gəzdirmə (234.4.1, 234.4.2, 234.4.3) maddələri ilə ittiham olunurlar.

Xəbər lenti

Xəbər lenti