...

Azərbaycan Ədliyyə Nazirliyinin əməkdaşları talassemiyalı və hemofiliyalı xəstələrə qan verib

Cəmiyyət Materials 11 Mart 2010 11:43 (UTC +04:00)
Trend News-un məlumatına görə, Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsində keçirilən aksiyada 300-ə yaxın ədliyyə işçisinin iştirak edəcəyi nəzərdə tutulur.
Azərbaycan Ədliyyə Nazirliyinin əməkdaşları talassemiyalı və hemofiliyalı xəstələrə qan verib

Azərbaycan, Bakı, 11 mart / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycan Ədliyyə Nazirliyinin əməkdaşları talassemiyalı və hemofiliyalı xəstələrə yardım məqsədilə qanvermə aksiyasına başlayıb.

Trend -un məlumatına görə, Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsində keçirilən aksiyada 300-ə yaxın ədliyyə işçisinin iştirak edəcəyi nəzərdə tutulur.

Penitensiar Xidmətin idarə rəisi Mehman Sadıqov bildirib ki, qanvermə aksiyasında nazirliyin digər qurumları ilə yanaşı, PX-nin 100-ə yaxın əməkdaşı iştirak edir.

Tibb Baş İdarəsinin rəisi Rəfael Mehdiyev jurnalistlərə bildirib ki, 3 gün davam edəcək aksiyada Ədliyyə Nazirliyinin tabeliyindəki idarələrin əməkdaşları da iştirak edəcək.

Aksiyanın sonuncu günü - martın 17-də Ədliyyə Nazirliyinin Mərkəzi Aparatında keçiriləcək qanvermə aksiyasında aparatın əməkdaşları talassemiyalı və hemofiliyalı xəstələrə qan verəcəklər.

Mehdiyev bildirib ki, bu tədbir nazirlikdə artıq ənənə halını alıb. Onun sözlərinə görə, ötən il nazirliyin 200-ə yaxın əməkdaşı bu aksiyada iştirak edib və qan xəstəliklərindən əziyyət çəkənlərə donorluq ediblər.

Aksiya Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat və Qanköçürmə İnstitutu ilə birgə təşkil olunub. Aksiya zamanı toplanmış qan "Qan Bankı"na təhvil veriləcək.

İdarə rəisi bildirib ki, qan verən əməkdaşlar tibb işçiləri tərəfindən müayinə olunub və tamamilə sağlam şəxslərdən qan götürülüb. Qanvermədən sonra donorların səhhətində heç bir problem yaranmayıb.

Xəbər lenti

Xəbər lenti