...

Azərbaycan və Türkiyə dindarları Konqresin "erməni soyqırımı"na dair çıxardığı qərarla bağlı etiraz tədbirləri keçirəcək - Allahşükür Paşazadə

Cəmiyyət Materials 11 Mart 2010 13:33 (UTC +04:00)
Azərbaycan və Türkiyə dindarları ABŞ Konqresi Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsinin qondarma "erməni soyqırımı"na dair çıxardığı qərara etiraz olaraq birgə tədbirlər keçirəcək.
Azərbaycan və Türkiyə dindarları Konqresin "erməni soyqırımı"na dair çıxardığı qərarla bağlı etiraz tədbirləri keçirəcək - Allahşükür Paşazadə

Azərbaycan, Bakı, 11 mart / Trend , müxbir R.Hafizoğlu/

AzərbaycanTürkiyə dindarları ABŞ Konqresi Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsinin qondarma "erməni soyqırımı"na dair çıxardığı qərara etiraz olaraq birgə tədbirlər keçirəcək.

"Qondarma "erməni soyqırımı"na dair qəbul olunan qərarla bağlı Qafqaz Müsəlmanları İdarəsi və Türkiyənin Diyanet İşləri Vəqfi ortaq tədbirlər həyata keçirəcək", - Trend -un məlumatına görə, bunu cümə axşamı jurnalistlərə bütün Qafqazın şeyxı Şeyxülislam Allahşükür Paşazadə deyib.

ABŞ Konqresinin Xarici əlaqələr komitəsi martın 4-də keçirdiyi iclasda 23 səs lehinə, 22 səs əleyhinə olmaqla qondarma "erməni soyqırımı"nın tanınmasına dair qətnamə qəbul edib.

Paşazadənin sözlərinə görə, saxta soyqırım qəbul olunan gün o, Türkiyə Diyanət İşləri Vəqfinin sədri Əli Bardakoğlu ilə telefonla danışıb və qərarın əleyhinə müxtəlif tədbirlər həyata keçirəcəklərini müzakirə ediblər.

Xəbər lenti

Xəbər lenti