...

Azərbaycanda dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi ilə bağlı qrant sazişi imzalanıb

Cəmiyyət Materials 16 Mart 2010 11:35 (UTC +04:00)
Bakıda Azərbaycan Təhsil Nazirliyi və Hilfsverk-Avstriya Beynəlxalq Təşkilatı arasında bu gün dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi ilə bağlı qrant sazişi imzalanıb.
Azərbaycanda dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi ilə bağlı qrant sazişi imzalanıb

Azərbaycan, Bakı, 16 mart / Trend , müxbir M.Əliyev/

Bakıda Azərbaycan Təhsil Nazirliyi və Hilfsverk-Avstriya Beynəlxalq Təşkilatı arasında bu gün dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi ilə bağlı qrant sazişi imzalanıb.

Trend -un məlumatına görə, saziş "Yerli hökumət orqanları ilə qeyri-hökumət təşkilatları arasında himayədar qayğı və ailə əsaslı xidmətlər üzrə əməkdaşlıq modelinin işlənib- hazırlanması" layihəsinin həyata keçirilməsi məqsədilə imzalanıb.

Layihəni təhsil naziri Misir Mərdanov və Hilfsverk-Avstriya Beynəlxalq Təşkilatının prezidenti Frans Çeşka imzalayıb.

İmzalanma mərasimində çıxış edən təhsil naziri Misir Mərdanov bildirib ki, 3 illik müddəti nəzərdə tutan layihənin ümumi məbləği 640 min avro təşkil edəcək.

Layihə çərçivəsində 50 ailənin seçilməsi və onlara treninqlər keçirilməsi nəzərdə tutulub.

Layihəyə əsasən, qəyyum və himayədar ailələrə verilməsi mümkün olmayan 10 uşaq üçün ailətipli kiçik qrup evləri yaradılacaq. Nazir bildirib ki, Bakının Əzizbəyov rayonunda yerləşən internat-evlərinin 25 nəfər işçisi sosial işçi kimi hazırlanacaq.

Azərbaycanda 10 mindən çox uşaq internat-məktəblərində təhsil alır. Həmin uşaqlardan 4 000-dən çoxu internat-evlərində yaşayır.

Xəbər lenti

Xəbər lenti