...

Azərbaycanda ağır cinayət törətməkdə ittiham olunan hərbi qulluqçunun məhkəməsi başlayıb

Cəmiyyət Materials 16 Mart 2010 15:29 (UTC +04:00)
Trend News-un məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə Müdafiə Nazirliyinin Lənkəran şəhərində yerləşən "N" saylı hərbi hissəsinin müddətdən kənar hərbi qulluqçusu Zahid Əhmədağa oğlu Abdullayevin cinayət işi üzrə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.
Azərbaycanda ağır cinayət törətməkdə ittiham olunan hərbi qulluqçunun məhkəməsi başlayıb

Azərbaycan, Bakı, 16 mart / Trend , müxbir H.Bağırov/

Azərbaycanda ağır cinayət törətməkdə ittiham olunan hərbi qulluqçunun məhkəməsi başlayıb.

Trend -un məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi MəhkəməMüdafiə Nazirliyinin Lənkəran şəhərində yerləşən "N" saylı hərbi hissəsinin müddətdən kənar hərbi qulluqçusu Zahid Əhmədağa oğlu Abdullayevin cinayət işi üzrə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

Prokurorun çıxışından sonra məhkəmədə ifadə verən Abdullayev elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.

Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özü və ya yaxın qohumları barəsində sağlamlığa ağır zərərvurma (126.2.2), silah tətbiq etməklə rəisə qarşı zorakı hərəkətlər etmə (330.2.2), zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurmaqla törədildikdə, habelə digər ağır nəticələrə səbəbolma (330.2.3) maddələri ilə ittiham edilir.

Təqsirləndirilən şəxs hərbi hissədə müddətdən kənar xidmətdə olan cavuş Vüqar Hüseynovu bıçaqlayıb. Hüseynova vaxtında tibbi yardım göstərildiyindən həyatını xilas etmək mümkün olub.

Abdullayev hərbi polisin əməkdaşları tərəfindən tutulub.

Xəbər lenti

Xəbər lenti