...

Azərbaycanda gənclərin Beynəlxalq Novruz Festivalı keçirilir

Cəmiyyət Materials 16 Mart 2010 18:31 (UTC +04:00)
Azərbaycanda gənclərin Beynəlxalq Novruz Festivalı keçirilir. Bu barədə Trend News-a çərşənbə axşamı Gənclər və İdman Nazirliyindən bildiriblər.
Azərbaycanda gənclərin Beynəlxalq Novruz Festivalı keçirilir

Azərbaycan, Bakı, 16 mart / Trend , müxbir M.Əliyev/

Azərbaycanda gənclərin Beynəlxalq Novruz Festivalı keçirilir. Bu barədə Trend -a çərşənbə axşamı Gənclər və İdman Nazirliyindən bildiriblər.

"Beynəlxalq Novruz Festivalı Azərbaycanda - 2010" adlı tədbir Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Avropa Tələbələr Forumu-Bakı İctimai Birliyi tərəfindən təşkil edilir.

Festivalın əsas məqsədi dünya gənclərini xalqımızın milli adət və ənənəsi, dəyərləri və tarixi haqqında məlumatlandırmaq, mədəniyyətlərarası gənclər mübadiləsini genişləndirmək, ən əsası isə Azərbaycanı dünya gənclərinə tanıtmaqdır.

Layihə çərçivəsində dünya ölkələrindən olan 30 əcnəbi gəncin iştirakı gözlənilir. İştirakçılar ölkəmizin tarixi abidələrinə səfərlər edəcək, Bakı şəhərində təşkil ediləcək bayram tədbirlərinə qoşulacaq, həmçinin, ailələrdə Novruz axşamını qeyd etməklə mədəniyyətimizi daha yaxından tanımaq imkanı əldə edəcəklər.

Tədbir 22 mart tarixinədək davam edəcək.

Avropa Tələbələr Forumu 40-dan artıq ölkənin 270-dən artıq şəhərində fəaliyyət göstərir və özündə 17000-dən çox tələbəni birləşdirir. Təşkilatın əsas məqsədi Avropada gənclər arasında mədəni mübadilə həyata keçirməklə qitə miqyasında açıq və tolerant cəmiyyətlərin inkişafına nail olmaqdır. Forumun Bakı nümayəndəliyi 2004-cü ildən fəaliyyətə başlayıb və bu günə qədər müxtəlif layihələrə 500-dən artıq yerli tələbəni cəlb edib. Təşkilatın əsas vəzifəsi Azərbaycan tələbələri ilə Avropa tələbələri arasında ünsiyyət məkanı yaratmaqla gənclərimiz arasında Avropa dəyərlərini təşviq etməkdir.

Xəbər lenti

Xəbər lenti