• Bizim Məhsullar
  • Xəbər terminalı
  • RU
  • AZ
  • EN
  • TR
  • FA
  • Daxil ol
  • Qeydiyyatdan keç
Trend.Az
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Trend Photo
  • Əsas səhifə
  • Cəmiyyət

Azərbaycan deputatları ermənilərin 1918-ci ildə törətdiyi kütləvi qətl hadisələrinin soyqırım kimi tanınmasını istəyirlər

29 Mart 2010 15:12 (UTC+04:00)
  • 0
  • 0

Azərbaycan, Bakı, 29 mart / Trend , müxbir A.Hüseynbala/

Azərbaycan Parlamentinin deputatları hesab edirlər ki, ermənilərin 1918-ci ildə azərbaycanlılara qarşı törətdiyi kütləvi qətl hadisələrinin soyqırım kimi tanınması üçün zəruri addımlar atılmalıdır.

"1918-ci ildə Bakıda və ölkənin digər bölgələrində törədilən qətliama beynəlxalq hüquqi qiymət verilmədiyindən, ermənilər Xocalı soyqırımını törətməkdən çəkinmədilər", - bazar ertəsi Trend -a Ana Vətən Partiyası (AVP) sədrinin müavini, millət vəkili Zahid Oruc bildirib.

Trend -un arayışı: 1918-ci ilin mart ayında hakimiyyəti ələ keçirmiş daşnaqlar Stepan Şaumyanın rəhbərliyi ilə Azərbaycan xalqına qarşı amansız soyqırım törədiblər.

Mart-aprel aylarında Bakı, Şamaxı və digər bölgələrdə 50 mindən artıq günahsız azərbaycanlı amansızcasına qətlə yetirilib. O zaman qardaş Türkiyə (Osmanlı İmperiyası) Azərbaycana yardım əlini uzadıb və bununla azərbaycanlılar ermənilər tərəfindən törədilən kütləvi soyqırımdan xilas olublar.

1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri tərəfindən yeddi min əhalisi olan Xocalı şəhərində soyqırım aktı həyata keçirilib. Əhalinin xeyli hissəsi 4 aydan artıq zaman ərzində mühasirədə olduğundan Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada yalnız üç minə yaxın insan qalmışdı. Xocalı soyqırımı zamanı 613 nəfər ödürülüb, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürülüb. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirib. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürülüb, onlardan 150 nəfərin taleyi indi də məlum deyil.

Ümummilli lider Heydər Əliyevin 1998-ci ildə imzaladığı fərmana əsasən, 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilir.

Orucun sözlərinə görə, 1918-ci ildə Bakıda və Azərbaycanın müxtəlif bölgələrində kütləvi insan qırğınları törədilib.

"Biz şübhəsiz ki, bu məsələləri daha ciddi tələblə ortalığa qoymalıyıq. Hesab edirəm ki, saxta "erməni soyqırımı" ilə bağlı beynəlxalq səviyyədə təbliğatın daha da genişləndiyi indiki mərhələdə biz də mart qırğınlarına dünya ictimaiyyətinin diqqətini daha çox cəlb etməliyik", - millət vəkili əlavə edib.

Onun fikrincə, ermənilər saxta "soyqırım"la bağlı məqsədlərinə nail olarlarsa, bu, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində Azərbaycanın səylərinə də çox mənfi təsir göstərəcək.

Millət vəkili deyib ki, bunu nəzərə alaraq Türkiyə ilə bərabər Azərbaycanda törədilən soyqırımların tanıdılması üçün birgə proqramlar hazırlanmalıdır.

"Bu, saxta "erməni soyqırımı" iddialarına sadəcə bir cavab reaksiyası kimi düşünülməməlidir. Biz həmin hadisələri dərsliklərə daxil etməliyik, müxtəlif elmi beynəlxalq tədbirlər keçirməliyik. Azərbaycanla Türkiyənin lobbi təşkilatlarının bu məsələdə biraraya gəlməsi də olduqca vacibdir", - Oruc xatırladıb.

"Ermənilərin 1918-ci ilin mart ayında törətdikləri soyqırıma dünya ictimaiyyətinin diqqətini daha çox cəlb etmək məqsədilə təbliğatımızı gücləndirməliyik", - bazar ertəsi Trend -a tarixci ailm, millət vəkili Cəmil Həsənli bildirib.

Onun sözlərinə görə, 2009-cu ildə Milli Təhlükəsizlik Nazirliyinin himayədarlığı ilə mart soyqırımı ilə bağlı sanballı bir kitab nəşr olunub.

"Hesab edirəm ki, bu, həmin hadisələri dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün uğurlu addımlardan biri idi. Azərbaycanın mərhum Prezidenti Heydər Əliyevin fərmanı ilə 31 mart soyqırım günü kimi də qeyd edilir. Artıq bu barədə yazılan kitablar da Azərbaycanın hüdudlarından kənara çıxır", - Həsənli vurğulayıb.

Millət vəkili deyib ki, Milli Məclis də bununla bağlı dünya parlamentlərinə, xalqlarına müraciət edib.

"Bu istiqamətdə nə mümkündürsə edilib, amma dünyada 31 mart hadisələrinin soyqırım kimi tanıdılması üçün Azərbaycanın və Türkiyənin lobbi təşkilatlarının birgə çalışmasına ehtiyac var. Düşünürəm ki, bu halda erməniləri saxta "erməni soyqırımı" iddialarından da geri çəkindirmək mümkün olacaq", - o bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı news@trend.az
Bizi Twitter-dən izləyin @trend_az

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Azernews Newspaper
Kateqoriyasında olan digər xəbərlər
Bakıda dumanla əlaqədar magistral yolda sürət həddi azaldıldı
Cəmiyyət 23:29
Azərbaycan gimnastları "AGF Junior Trophy"nin finallarına vəsiqə qazanıblar
Cəmiyyət 23:08
1600 yeni vaqon alınması planlaşdırılır
Cəmiyyət 22:00
Azərbaycan ədəbiyyatının görkəmli tədqiqatçısı olan türkiyəli professora Ədəbiyyat İnstitutunun "İlin alimi " mükafatı təqdim olunub
Cəmiyyət 20:38
Azərbaycan gimnastları “AGF Junior Trophy” beynəlxalq turnirinin bürünc medalını qazanıblar (FOTO) (YENİLƏNİB)
Cəmiyyət 20:29
Çində ulu öndər Heydər Əliyevə həsr olunmuş beynəlxalq konfransın bölmə iclası keçirilib (FOTO)
Cəmiyyət 18:46
DİQQƏT! Yol polisi texniki baxışla bağlı sürücülərə xəbərdarlıq etdi
Cəmiyyət 18:00
Bakıda ağır və xüsusilə ağır cinayətlər xeyli azalıb
Cəmiyyət 17:00
“Azərbaycan dili” fənnindən imtahanın nəticələri açıqlanıb
Cəmiyyət 15:37
Azərbaycan-Gürcüstan sərhədində yeni körpünün inşası gələn il bitəcək
Cəmiyyət 15:06
“Bank of Baku” Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə inşa müsabiqəsi keçirir
Cəmiyyət 14:43
Azərbaycan İstiqlal Muzeyinin eksponatları UNEC-də: “Cümhuriyyət 100” (FOTO)
Cəmiyyət 14:27
Tbilisidə ulu öndər Heydər Əliyevə həsr olunmuş beynəlxalq konfransın bölmə iclası keçirilib (FOTO)
Cəmiyyət 14:22
“Nar” Ümumdünya kitab günündə uşaqları hədiyyələrlə təbrik etdi (FOTO)
Cəmiyyət 13:47
"Bakı Metropoliteni" yeni xətt üzrə aparılan tikinti işləri barədə
Cəmiyyət 13:36
Havanın temperaturu yüksələcək
Cəmiyyət 13:15
Binəqədidə “Qələbəyə doğru” intellektual oyununun bağlanış mərasimi keçirilib (FOTO)
Cəmiyyət 13:00
Dövlət Agentliyi Ramana-Maştağa yolunun sıradan çıxmasının səbəbini açıqladı (FOTO)
Cəmiyyət 12:26
Ən çox oxunanlar
Modern Diplomacy: İlham Əliyev - İslam dünyasının fenomeni
Modern Diplomacy: İlham Əliyev - İslam dünyasının fenomeni
Rezidentura təhsilini təşkil edə biləcək təhsil müəssisələrinin adları müəyyənləşdirilib
Erməni artistlər fəxri adlardan imtına edirlər
Paytaxtda tıxac var - SƏBƏBİ: bu küçə və prospektlər bağlandı (SİYAHI)
Nəzər nöqtəsi
"Qarabağ klanı"nın sonu çatdı, Ermənistanın yeganə çıxış yolu isə...

"Qarabağ klanı"nın sonu çatdı, Ermənistanın yeganə çıxış yolu isə...

Elxan Süleymanov: AŞ PA-da Azərbaycana qarşı korrupsiya iddiaları iflasa uğradı
Deputat: Son 15 ildə Azərbaycan bütün sahələrdə böyük uğurlar əldə edib və bu uğurlar davam etməkdədir
Prezident İlham Əliyevin strateji konsepsiyasında xalqın intellektual potensialının reallaşdırılması və innovasiyalı modernləşmə xüsusi yer tutur
Trend.Az
  • Agentlik haqqında
  • Rəhbərlik
  • Bizim Məhsullar
  • Info Service
  • Arxiv
Əlaqələr
AZ1141, Azərbaycan, Bakı şəhəri, Bəxtiyar Vahabzadə küçəsi 14
+(994 12) 497-31-72
news@trend.az
+(994 12) 497-30-89
© 2018 Trend News Agency
İstifadə şərtləri
  • counter