...

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Türkiyə universitetlərində təhsil almaq istəyənlər üçün sənəd qəbulu elan edib

Cəmiyyət Materials 29 Mart 2010 19:29 (UTC +04:00)
Azərbaycanın Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Türkiyə Respublikasının universitetlərində təhsil almaq istəyənlər üçün sənəd qəbulu elan edib.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Türkiyə universitetlərində təhsil almaq istəyənlər üçün sənəd qəbulu elan edib

Azərbaycan, Bakı, 29 mart / Trend , müxbir M.Əliyev/

Azərbaycanın Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Türkiyə Respublikasının universitetlərində təhsil almaq istəyənlər üçün sənəd qəbulu elan edib. Bu barədə TQDK-nın məlumatında deyilir.

2010-cu il yanvarın 1-nə yaşı 24-ə çatmamış və orta məktəbi bitirmiş fiziki və əqli cəhətdən sağlam Azərbaycan vətəndaşları ərizə verə bilərlər. Türkiyədə dövlət xətti ilə təhsil alaraq hər hansı səbəbdən təhsilini yarımçıq qoymuş və ya xaric olunmuş ali məktəb tələbəsi və ya məzunu olan şəxslər ərizə verə bilməzlər. Ərizələrin qəbulu 2010-cu il 5-17 aprel tarixlərində (şənbə və bazar günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək Azərbaycan Texniki Universitetində, Azərbaycan Memarlıq və İnşaat Universitetində, həmçinin TQDK-nın Naxçıvan, Gəncə, Sumqayıt, Lənkəran, Şəki, Quba və Şirvandakı regional bölmələrində aparılır.

İmtahan 2010-cu il aprelin 25-də test üsulu ilə Azərbaycan və rus dillərində keçiriləcək. 2010-2011-ci il tədris ilində Türkiyənin 29 universitetində Azərbaycan tələbələri üçün 48 yer ayrılıb.

Xəbər lenti

Xəbər lenti