...

Azərbaycanda insan alverində təqsirləndirilən şəxsə bəraət verilib

Cəmiyyət Materials 31 Mart 2010 14:03 (UTC +04:00)
Azərbaycanda insan alverində təqsirləndirilən şəxsə bəraət verilib.
Azərbaycanda insan alverində təqsirləndirilən şəxsə bəraət verilib

Azərbaycan, Bakı, 31 mart / Trend , muxbir H.Bağırov/ Azərbaycanda insan alverində təqsirləndirilən şəxsə bəraət verilib.

Trend -un məlumatına görə, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə insanın daxili orqanlarının satışı ilə məşğul olmaqda təqsirləndirilən Bərdə rayon sakini İradə Səfixanovanın cinayəti sübuta yetirilməyib.

Məhkəmə Səfixanovanın barəsində olan cinayət işinə xitam verərək, bəraət hökmü çıxarıb. Səfixanova məhkəmə zalından azadlığa buraxılıb.

Səfixanova Cinayət Məcəlləsinin insan orqanlarının və ya toxumalarının alqı-satqısı və onların transplantasiya məqsədi ilə götürülməsinə məcbur etmə (137), həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə və ya belə zor tətbiq etmək hədəsi ilə, zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədilə insan alveri etmək (144-1.2.7, 144-1.2.9) maddələri ilə ittiham olunub.

İttihama görə, Səfixanova Esmira Naibovadan 3 min manat pulunu qaytarılması müqabilində onun böyrəklərinin tranplantasiya edilməsi üçün İran İslam Respublikasının Tehran şəhərinə aparıb. Tehran şəhərində yerləşən Haşimi Nejad böyrək köçürmə mərkəzində Naibovanın sol böyrəyi əməliyyat yolu ilə Adilə Abdullayevaya köçürülüb.

Bunun müqabilində isə Abdullayeva Naibovaya 10 min manat pul ödəyib.

Xəbər lenti

Xəbər lenti