...

"Azərsun Holdinq"in nümayəndələri Quba şəhərindəki kütləvi məzarlığı ziyarət ediblər

Cəmiyyət Materials 31 Mart 2010 17:14 (UTC +04:00)
"Azərsun Holdinq"in nümayəndələri 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı Quba şəhərindəki kütləvi məzarlığı ziyarət ediblər.
"Azərsun Holdinq"in nümayəndələri Quba şəhərindəki kütləvi məzarlığı ziyarət ediblər

Azərbaycan, Bakı, 31 mart / Trend , müxbir M. Əliyev/

"Azərsun Holdinq"in nümayəndələri 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı Quba şəhərindəki kütləvi məzarlığı ziyarət ediblər. Bu barədə Trend -a holdinqdən bildiriblər.

"Azərsun Holdinq" həmçinin abidəni ziyarət etməsi və həmin günü qeyd etməsi üçün Bakı Müharibə Əlil və Veteranlar İctimai Birliyinə də təşkilati yardım göstərib.

Trend -un arayışı: 1918-ci ilin mart ayında hakimiyyəti ələ keçirmiş daşnaklar Stepan Şaumyanın rəhbərliyi ilə Azərbaycan xalqına qarşı amansız soyqırım törədiblər.

Mart-aprel aylarında Bakı, Şamaxı və digər bölgələrdə 50 mindən artıq günahsız azərbaycanlı amansızcasına qətlə yetirilib. O zaman qardaş Türkiyə (Osmanlı İmperiyası) Azərbaycana yardım əlini uzadıb və bununla azərbaycanlılar ermənilər tərəfindən törədilən kütləvi soyqırımdan xilas olublar.

Xəbər lenti

Xəbər lenti