...

Azərbaycan dramaturqunun komediyası Böyük Britaniyada təqdim olunub (FOTO)

Cəmiyyət Materials 17 Aprel 2010 11:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 aprel /Trend, müxbir A.Hüseynbala/

Azərbaycanın görkəmli dramaturqunun əsəri ilk dəfə Britaniya səhnəsində nümayiş etdirilib.

"Mirzə Fətəli Axundovun "Hekayəti-Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadukünü-məşhur" komediyasının təqdim olunduğu gecənin aparıcısı "Gruntlers" incəsənətlər qrupunun həmtəsisçisi və əsərin tərcüməçisi Sənan Əliyev olub", - şənbə günü Trend-ə Avropa Azərbaycan Cəmiyyətindən bildirilib.

Britaniyalı şair Devid Perri deyib ki, o, Axundov kimi dahi dramaturqun əsərini Avropaya tanitmaqdan şərəf hissi duyur. "Tədbirin sonunda Azərbaycan musiqisi səsləndirilib. Bu mədəni mübadilə gecəsinin təşkilinə dəstək Avropa Azərbaycan Cəmiyyəti, Britaniyadakı Azərbaycan Səfirliyi və Kaspian-Xəzri Cəmiyyəti tərəfindən verilib", - məlumatda vurğulanır.

Londondakı Azərbaycan evinin sədri Ali Ataların sözlərinə görə, "Gruntlers" incəsənətlər qrupu Azərbaycan və Avropa arasında körpünü daha da möhkəmləndirmək üçün digər Azərbaycan yazıçılarını təqdim etmək niyyətindədir. "Bu əsərin ilk nəşri Britaniya kitabxanası, Birləşmiş Krallığın beş milli müəlliflik hüququ kitabxanası, Cənubi Bank Poeziya Kitabxanası və Azərbaycan Milli Kitabxanasına bağışlanacaq. Oxucular kitabı "Gruntlers" incəsənətlər qrupundan əldə edə bilərlər", - məlumatda qeyd edilir.

Xəbər lenti

Xəbər lenti