...

Azərbaycan Ali Məhkəməsinin Plenumu hakimin şikayətini təmin etməyib

Cəmiyyət Materials 30 Aprel 2010 17:24 (UTC +04:00)
Ali Məhkəmənin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu gün Ramiz Rzayevin sədrliyi ilə Ali Məhkəmənin Plenumu keçirilib. Plenum Südabə Məmmədovanın hakimlik səlahiyyətinə xitam verilməsi barədə MHŞ-nin qərarından verdiyi şikayəti təmin etməyib.
Azərbaycan Ali Məhkəməsinin Plenumu hakimin şikayətini təmin etməyib

Azərbaycan, Bakı, 30 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Ali Məhkəmənin Plenumunda Bakının Yasamal rayon məhkəməsinin hakiminin Məhkəmə-Hüquq Şurasının (MHŞ) qərarından verdiyi şikayətə baxılıb.

Ali Məhkəmənin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu gün Ramiz Rzayevin sədrliyi ilə Ali Məhkəmənin Plenumu keçirilib. Plenum Südabə Məmmədovanın hakimlik səlahiyyətinə xitam verilməsi barədə MHŞ-nin qərarından verdiyi şikayəti təmin etməyib.

Məhkəmə-Hüquq Şurasının bu il fevralın 4-də çıxardığı qərarla Məmmədovanın yol verdiyi qanun pozuntularına görə, səlahiyyətlərinə xitam verilib.

Plenumun iclasında konkret cinayət və mülki işlərə də baxılıb və müvafiq qərarlar qəbul edilib.

Xəbər lenti

Xəbər lenti