...

Azərbaycan ombudsmanı Ümumdünya Mətbuat Azadlığı günü münasibətilə jurnalistləri təbrik edib

Cəmiyyət Materials 1 May 2010 14:04 (UTC +04:00)
Azərbaycan ombudsmanı Ümumdünya Mətbuat Azadlığı günü münasibətilə jurnalistləri təbrik edib.
Azərbaycan ombudsmanı Ümumdünya Mətbuat Azadlığı günü münasibətilə jurnalistləri təbrik edib

Azərbaycan, Bakı, 1 may /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan ombudsmanı Ümumdünya Mətbuat Azadlığı günü münasibətilə jurnalistləri təbrik edib.

Ombudsman Aparatının mətbuat xidmətindən şənbə günü Trend-ə verilən məlumata görə, Elmira Süleymanovanın Mətbuat Şurasının sədri Əflatun Amaşova ünvanladığı təbrik məktubunda ombudsman media nümayəndələrinin xalqımızın taleyüklü məsələlərinin, sağlam mənəvi dəyərlərin formalaşdırılmasında, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında daha fəal iştirak edəcəyinə, insan hüquqlarının həyata keçirilməsi, ölkəmizin nüfuzunun artması naminə bundan sonra da öz töhfələrini verəcəyinə ümidvar olduğunu vurğulayıb.

"Müstəqil ölkəmizin suveren dövlət quruculuğu prosesini yaşadığı müasir dövrdə KİV-in, o cümlədən mətbuatın qarşısında yeni vəzifələr durur. Hazırda respublikamızda həyata keçirilən dinamik proseslərin jurnalistlərin iştirakı olmadan reallaşdırılması təsəvvür edilə bilməz. Odur ki, informasiya mühitinin şəffaflığının təmin edilməsi, hadisələrin aşkarlıq prizmasından işıqlandırılması olduqca vacibdir. Bu gün cəmiyyət mətbuatdan, bütün KİV-dən daha çox obyektivlik, gerçək sözə hörmət, peşəkarlıq, qərəzsizlik, aktual problemlərə diqqət yetirilməsini gözləyir. Belə nəcib missiyanın həyata keçirilməsində media nümayəndələrinin, o cümlədən insan hüquqları mövzusunda yazan, araşdırmalar aparan jurnalistlərin fəal iştirakı zəruridir", - təbrik məktubunda bildirilir.

Xəbər lenti

Xəbər lenti