...

Bakıda Azərbaycanşünaslığın problemlərinə dair beynəlxalq konfrans işinə başlayıb

Cəmiyyət Materials 3 May 2010 15:02 (UTC +04:00)
Bakı Slavyan Universitetində bazar ertəsi ümummilli lider Heydər Əliyevin 87-ci ildönümünə həsr olunmuş "Azərbaycanşünaslığın aktual problemləri" mövzusunda I Beynəlxalq konfrans işinə başlayıb.
Bakıda Azərbaycanşünaslığın problemlərinə dair beynəlxalq konfrans işinə başlayıb

Azərbaycan, Bakı, 3 may /Trend, müxbir M.Əliyev/

Bakı Slavyan Universitetində (BSU) bazar ertəsi ümummilli lider Heydər Əliyevin 87-ci ildönümünə həsr olunmuş "Azərbaycanşünaslığın aktual problemləri" mövzusunda I Beynəlxalq konfrans işinə başlayıb.

"Hazırda Azərbaycanın təhsil sistemi qarşısında ölkəmizin xaricdə təbliğatı üçün dünyanın müxtəlif ölkələrində Azərbaycanşünaslıq fakültələrinin yaradılması məsələsi dayanıb", - Azərbaycanın təhsil nazirinin müavini Elmar Qasımov konfransın açılışında deyib.

BSU-nun rektoru Kamal Abdulla tədbirdə deyib ki, konfransın gedişində Türkiyə, Fransa, Rusiya, Gürcüstan, Litva, İraq, Qazaxıstan ali məktəblərinin nümayəndələrinin 40-a qədər elmi məruzəsi oxunacaq.

Konfrans Gəncə Dövlət Universiteti və Naxçıvan Dövlət Universitetinin dəstəyi ilə BSU tərəfindən təşkil olunur. Konfrans mayın 8-nə qədər Gəncə və Naxçıvanda keçiriləcək sessiyalarla davam etdiriləcək.

Konfrans zamanı Sankt-Peterburq İncəsənət Universitetinin professoru Yuri Pompeyevin "Qarabağ gündəliyi" kitabının təqdimatı keçiriləcək.

Xəbər lenti

Xəbər lenti