...

İran və Azərbaycan universitetləri arasnda münasibətlər inkişaf etdirilməlidir - İranın Azad İslam Universitetinin rektoru (MÜSAHİBƏ)

Cəmiyyət Materials 13 May 2010 10:35 (UTC +04:00)
Trend-in Fars redaksiyasının İslam Universitetləri Federasiyası İcraçı Şurasının rəhbəri, İranın Azad İslam Universitetinin rektoru Abdullah Casbi ilə müsahibəsi
İran və Azərbaycan universitetləri arasnda münasibətlər  inkişaf etdirilməlidir - İranın Azad  İslam Universitetinin rektoru (MÜSAHİBƏ)

Azərbaycan, Bakı, 12 may /Trend, müxbir T.Cəfərov/

Trend-in Fars redaksiyasının İslam Universitetləri Federasiyası İcraçı Şurasının rəhbəri, İranın Azad İslam Universitetinin rektoru Abdullah Casbi ilə müsahibəsi

- İran və Azərbaycan universitetlərinin əməkdaşlığı hansı səviyyədədir və iki ölkə universitetləri arasında gələcək əməkdaşlıq perspektivini necə görürsünüz?

- Hazırda iki ölkə universitetləri arasında əməkdaşlıq qənaətbəxşdir, lakin daha da inkişaf etdirilməlidir. Ümid edirik, gələcəkdə iki ölkə universitetləri bu sahədə ciddi addımlar atacaq və əməkdaşlıqlarını daha da inkişaf etdirəcək.

- Son vaxtlar İran rəsmiləri öz açıqlamalarında Azərbaycanın bəzi universitetlərinin diplomlarının İranda etibarsız olduğunu bəyan edib. Siz bu məsələni necə dəyərləndirirsiniz?

- Azərbaycan universitetlərinin diplomları iki cürdir. Tibb sahəsindən başqa digər sahələrdə olan Azərbaycan universitetlərinin diplomları İranda qəbul olunur. İranın Səhiyyə Nazirliyi Azərbaycan Tibb Universitetinin diplomu ilə bağlı problem yaşayır ki, bu məsələnin də tezliklə öz həllini tapacağına ümid edirəm.

- İslam ölkələri universitetləri arasında "virtual universitetlər" yaradılması təklifi ilə çıxış etmişdiniz. Belə universitetlərin yaradılacağı gözləniləndirmi?

- Virtual universitetlərin yaradılması İslam Universitetləri Federasiyasının bundanöncəki konfransında bizim tərəfimizdən təklif olundu və konfransda digər ölkələr tərəfindən qəbul edildi. Ötən üç il ərzində İranın Azad İslam Universiteti bu ideyanı dəstəklədi. 2009-cu ilin qışında Tehranda Azad İslami Universitetdə keçirilən iclasda "virtual universitet"in idarə heyəti seçildi; məni idarə heyətinin rəhbəri, iki nəfəri isə müavin kimi seçdilər. Hələlik "virtual universitet"in rektoru seçilməyib və bu il İslam Universitetləri Federasiyasının "virtual universitetlər" ikinci iclası Səudiyyə Ərəbistanında keçiriləcək və bu iclasda universitetin rektoru müəyyənləşəcək.

- Azad İslam Universitetinin vəqf olunması ilə bağlı İran mətbuatında söz-söhbət gedirdi. Hazırda bu universitetin vəqfolunma vəziyyəti nə yerdədir?

- Azad İslam Universitetinin bütün mülkiyyətini biz vəqf etmişik. Bundan artıq bu barədə danışmaq istəmirəm.

- İran Parlamentinin bəzi nümayəndələri Azad İslam Universitetində korrupsiyanın olduğunu bildirib və həmin universitetdə araşdırma aparılmasını tələb ediblər. Sizin buna münasibətiniz necədir?

- Bu kimi söz-söhbətlər ara-sıra yayılır. Bunu söyləyənlərin iddialarına dair heç bir sübutları yoxdur. Onların əgər sübutları olsaydı, onu məhkəməyə göstərərdilər.

Xəbər lenti

Xəbər lenti