...

Tbilisidə Kür çayında baş verən daşqınların yeni analiz metodu müzakirə olunub

Cəmiyyət Materials 14 May 2010 13:18 (UTC +04:00)
Tbilisidə daşqınlar və suaşıran hövzələrin analizi üçün işlədilən Wetspa hidroloji modelinin istifadəsinə dair Avropa İttifaqı tərəfindən maliyyələşdirilmiş "Kür çayının transsərhəd idarəsi" layihəsi çərçivəsində ikigünlük seminar keçirilib, - bu barədə məlumatı informasiya portalı ENP yayıb.
Tbilisidə Kür çayında baş verən daşqınların yeni analiz metodu müzakirə olunub

Аzərbaycan, Bakı, 14 may /Trend, müxbir E.Ostapenko/

Tbilisidə daşqınlar və suaşıran hövzələrin analizi üçün işlədilən Wetspa hidroloji modelinin istifadəsinə dair Avropa İttifaqı tərəfindən maliyyələşdirilmiş "Kür çayının transsərhəd idarəsi" layihəsi çərçivəsində ikigünlük seminar keçirilib, - bu barədə məlumatı informasiya portalı ENP yayıb.

Seminarın məqsədi hidrololi modelləşdirməni planlaşdırma vasitəsi kimi göstərmək, həmçinin, Ağstafa, Araqvi, Gəncəçay və.s kimi çayların eksperimental hövzələrinə bu modellərin tətbiqi barədə layihə üzrə həmkar ölkələr - Azərbaycan, Gürcüstan, Ermənistandan nümayəndələr hazırlamaqdır.

Seminarlarda, həmçinin, WetSpa modelinin detallarını və onun istifadəsini ətraflı öyrənmək təminatı üçün praktik məşğələlər keçirilir.

Dörd milyon avro hesabına maliyyələşdirilən Avropa İttifaqının bu layihəsi təhsil, məlumatların toplanma prosesinin müasirləşdirilməsi, informasiya mübadiləsi vasitəsilə monitorinq və Kür çayı hövzəsinin su resurslarının idarəsi üzrə regional əməkdaşlığı möhkəmləndirməyə yönəldilib.

Xəbər lenti

Xəbər lenti