...

Azərbaycanın "Antenn 101 FM" radiosunun verilişləri dinləyicilərin zövqünün gözəlləşdirilməsinə xidmət edir - şirkətin prezidenti (FOTO)

Cəmiyyət Materials 19 May 2010 13:34 (UTC +04:00)
Azərbaycanın "Antenn 101 FM" radiosunun verilişləri dinləyicilərin zövqünün gözəlləşdirilməsinə xidmət edən musiqilər və verilişlər yayımlayır, - bunu çərşənbə günü Trend-ə "Antenn" Telerado Şirkətinin prezidenti Rüstəm Əliyev deyib.
Azərbaycanın "Antenn 101 FM" radiosunun verilişləri dinləyicilərin zövqünün gözəlləşdirilməsinə xidmət edir - şirkətin prezidenti (FOTO)

Azərbaycan, Bakı, 19 may /Trend, muxbir K.Zərbalıyeva/

Azərbaycanın "Antenn 101 FM" radiosunun verilişləri dinləyicilərin zövqünün gözəlləşdirilməsinə xidmət edən musiqilər və verilişlər yayımlayır, - bunu çərşənbə günü Trend-ə "Antenn" Telerado Şirkətinin prezidenti Rüstəm Əliyev deyib.

"Antenn" Müstəqil Teleradio Kompaniyasının radiosu - radio "Antenn 101 FM" 1998-ci ildən fəaliyyət göstərir. 2000-ci ilin fevralında radiokanal - Radio "Antenn 101 FM" yayıma başladı. Bu vaxt ərzində radionun stabil dinləyici auditoriyası formalaşıb, əhatə coğrafiyası daha da genişlənib. İndi radiomuzun yayımladığı verilişləri Azərbaycanın bütün rayonlarında dinləmək mümkündür. Zövqdə birinci olan radio "Antenn 101 FM" sizlər üçün belə bir imkan yaradıb. Radionun yayımı dünya standartlarına uyğun avadanlığa sahib Almaniyanın "Rohde & Schvartz" və italiyanın "DB Elettronica" firmalarının istehsalı olan 1-2,5 kwат güclü 8 ötürücü vasitəsilə həyata keçirilir. Efirə çıxan bütün proqramlar Azərbaycan dilindədir. Şirkət xəbərlər, siyasi, tematik, musiqi proqramları yayımlayır və audio-video reklamları hazırlayır. "Antenn 101 FM" radiosunu ANTENN.AZ internet saytında və TÜRKSAT 3A, tezlik-10,968 MHs, S/R-11200 H, FEC-5/6 dalğasında peyk yayımı vasitəsilə dünyanın hər yerində canlı dinləyə bilərsiniz.

Əliyev deyib ki, radionun fəaliyyətə başladığı 10 il ərzində çox böyük inkişaf yolu keçib və çoxsaylı uğurlara imza atıb.

"Radio yayım dairəsini genişləndirib, maraqlı yayım formatları əldə edib, maraqlı aparıcılar yetişdirib. Radio bu müddət ərzində böyük dinləyici auditoriyası qazanıb. Dinləyicilərinə maraqlı, intellektual, əyləncəli oyunlar təqdim edib. Radio "Antenn" fəaliyyət göstərdiyi 10 il ərzində onlarca aparıcı, jurnalist yetişdirib. Radio "Antenn"in yetişdirmələrli olan jurnalistlərin bir qismi digər radio və televiziyalarda çalışır", - şirkət prezidenti bildirib.

Əliyev deyib ki, dinləyicilərin zövqünü nəzərə alaraq, radio verilişlərində müxtəlif format dəyişiklikləri edilib.
"Bizim verilişlər dinləyicilərin zövqünü formalaşdırır, bayağı, dəbdə olan, amma heç bir bədii məna kəsb etməyən musiqilər, verilişlər radiomuzda yayımlanmır", - Teleradio Şirkətinin prezidenti vurğulayıb.

Əliyev bildirib ki, radio kənardan heç bir proqram almır, proqramların hamısı radionun özü tərəfindən hazırlanır.

Radioda 10-dan çox xəbər buraxılışının efirə çıxdığını diqqətə çatdıran Əliyev bildirib ki, səhər proqramları daha çox dinlənilir.

Radionun hazırladığı verilişlərin maarifçiliyə xidmət etdiyini deyən teleradio şirkətinin rəhbəri bildirib ki, verilişlərdə Azərbaycan tarixinə, coğrafiyasına, mədəniyyətinə, ədəbiyyatına aid suallar səsləndirilir.

"Biz dinləyicilərimizi əyləndirən zaman da maarifləndiririk. İndi elə zamandır ki, insanlar  kitab oxumur. İnternetdən, radiodan məlumat alırlar. Onların hər zaman radio dinləmələrini nəzərə alaraq, insanları maarifləndirməyə çalışırıq", - Əliyev bildirib.

Radionun yaradıcılıq planlarından söz açan şirkət rəhbəri bildirib ki, mövsümə uyğun olaraq, dinləyicilər üçün yeni proqramlar hazırlanır.

"Yay mövsümündə musiqili, əyləncəli verilişlərə üstünlük veririk. Daha çox əyləncə, ritmik musiqilər, drayv musiqi və verilişlərə yer verməyə çalışırıq. Həmçinin, verilişlərin vaxtı da uzanır. Radionun verilişləri hər mövsümdə yeni formatda efirə çıxır. Verilişlərin məzmununa, formasına yeniliklər gətirməklə dinləyicilərimizin rəğbətini qazanmağa çalışırıq", - Əliyev vurğulayıb.

"Antenn" Telerado Şirkətinin prezidenti yeni mövsümdə gənclərin vətənpərvərlik tərbiyəsini artıran, inkişaf etdirən yeni proqramlar və layihələrin də hazırlanacağını bildirib.

Xəbər lenti

Xəbər lenti