...

Bakıda Beynəlxalq Sülh Konfransı keçirilib

Cəmiyyət Materials 24 May 2010 11:31 (UTC +04:00)
Beynəlxalq Sülh Tədqiqatları İnstitutundan bazar ertəsi Trend-ə verilən məlumata görə, tədbirdə iştirak üçün Rusiya Siyasi Araşdırmalar İnstitutundan Albert Zulharneyev, Sorbonna Universitetinin "dondurulmuş münaqişələr" üzrə eksperti İnessa Baban, Əlcəzair dövlətinin siyası müşaviri Fuad Klar, Bakı Beynəlxalq Münaqişələrin Araşdırılması Mərkəzinin sədri Ceyhun Mahmudov, Qafqaz Universiteti beynəlxalq münasibətlər şöbəsinin rəhbəri Rövşən İbrahimov, "Globalink"in Azərbaycandakı nümayədəsi Rajesh Pandey və başqa qonaqlar spiker rolunda çıxış ediblər.
Bakıda Beynəlxalq Sülh Konfransı keçirilib

Azərbaycan, Bakı, 24 may /Trend/

Bakıda "Müharibənin səbəbləri və sülh perspektivləri" mövzusunda Beynəlxalq Sülh Konfransı keçirilib.

Beynəlxalq Sülh Tədqiqatları İnstitutundan bazar ertəsi Trend-ə verilən məlumata görə, tədbirdə iştirak üçün Rusiya Siyasi Araşdırmalar İnstitutundan Albert Zulharneyev, Sorbonna Universitetinin "dondurulmuş münaqişələr" üzrə eksperti İnessa Baban, Əlcəzair dövlətinin siyası müşaviri Fuad Klar, Bakı Beynəlxalq Münaqişələrin Araşdırılması Mərkəzinin sədri Ceyhun Mahmudov, Qafqaz Universiteti beynəlxalq münasibətlər şöbəsinin rəhbəri Rövşən İbrahimov, "Globalink"in Azərbaycandakı nümayədəsi Rajesh Pandey və başqa qonaqlar spiker rolunda çıxış ediblər.

Tədbirin təşkilatçısı olan Beynəlxalq Sülh Tədqiqatları İnstitutunun rəhbəri Afaq Əhmədova konfransın dünyada sülhün 65 illiyinə həsr olunduğunu bildirib.

İnstitutun əsas məqsədi sülh və beynəlxalq təhlükəsizlik tematikasında maraqlanan mütəxəssisləri instituta cəlb edərək, beynəlxalq münasibətlər, təhlükəsizlik sahəsində hesabat və araşdırmalar hazırlayıb, dövlətin aidiyyəti orqanlarına təklifləri ilə dəstək olmaqdır.

Tədbirin sonunda bu ilin oktyabr ayında BMT-nin yubileyi ilə bağlı beynəlxalq forumun keçirilməsi haqqında təklif irəli sürülüb.

Beynəlxalq Sülh Tədqiqatları İnstitutu 2009-cu il avqust ayında təsis olunub və artıq bir sıra tədbirlərini keçirib.

Xəbər lenti

Xəbər lenti