...

Azərbaycanda bu il 115 min 852 abituriyent test imtahanlarında iştirak edəcək - TQDK sədri Məleykə Abbaszadə

Cəmiyyət Materials 4 İyun 2010 12:18 (UTC +04:00)
Azərbaycanda bu il 115 min 852 abituriyent test imtahanlarında iştirak edəcək
Azərbaycanda bu il 115 min 852 abituriyent test imtahanlarında iştirak edəcək - TQDK sədri Məleykə Abbaszadə

Azərbaycan, Bakı, 4 iyun /Trend, müxbir T.Hacıyev/

Azərbaycanda bu il 115 min 852 abituriyent test imtahanlarında iştirak edəcək, - Trend-in məlumatına görə, cümə günü keçirdiyi mətbuat konfransında Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə məlumat verib.

"Birinci ixtisas qrupu üzrə 37 157, ikinci qrup üzrə 28 883, üçüncü qrup üzrə 32 697, dördüncü qrup üzrə isə 16 116 abituriyent tələbə adı uğrunda mübarizə aparacaq", - Abbaszadə deyib.

Qəbul imtahanlarında iştirak etmək üçün ərizələrin qəbul müddəti iyulun 2-də başa çatıb. İyulun 4-dən 23-nə qədər dörd ixtisas qrupu üzrə test imtahanları keçiriləcək.


TQDK sədri deyib ki, sənəd verənlərin 2 731 nəfəri ərizələrini təsdiqləməyib.

"Bu il 12 461 nəfər qabiliyyət imtahanlarında iştirak edəcək. Bunların da 50 faizdən çoxu Bədən Tərbiyəsi Akademiyasına sənəd verənlərdir. 22 Avropa və dünya çempionu müraciət edib və onların sənədləri təsdiq edilib. Həmin şəxslər Bədən Tərbiyəsi Akademiyasına test imtahanlarsız təhsil ala biləcəklər.

Yeni "Təhsil haqqında" qanuna əsasən beynəlxalq olimpiada müsabiqələrinin qalibləri test imtahanlarından kənar universitetlərə keçə bilərlər. Abbaszadə deyib ki, bununla bağlı hec kim müraciət etməyib.

TQDK sədri deyib ki, təbii fəlakət zonasında olan abituriyentlərin sayı ötən illə müqayisədə azalmayıb.

Xəbər lenti

Xəbər lenti