...

Azərbaycanda ötən il attestat ala bilməyən məzunlar təkrar imtahan verib

Cəmiyyət Materials 11 İyun 2010 17:04 (UTC +04:00)
Azərbaycanda ötən tədris illərində attestat ala bilməyən məzunlar yenidən imtahan verib.
Azərbaycanda ötən il attestat ala bilməyən məzunlar təkrar imtahan verib

Azərbaycan, Bakı, 11 iyun /Trend, müxbir T.Hacıyev/

Azərbaycanda ötən tədris illərində attestat ala bilməyən məzunlar yenidən imtahan verib. Trend-in Təhsil Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, cümə günü Şirvan şəhəri, Abşeron, Ağcabədi, Astara, Beyləqan, Biləsuvar, Cəlilabad, Hacıqabul, İmişli, Kürdəmir, Lənkəran, Masallı, Neftçala, Salyan, Ucar, Saatlı, Sabirabad və Zərdab rayonlarının ümumtəhsil məktəblərinin XI siniflərində keçirilən buraxılış imtahanları çərçivəsində ötən tədris illərində attestat ala bilməyən 2247 nəfər XI sinif məzunu 22 imtahan mərkəzində imtahan verib.

Həmin rayonların ümumtəhsil məktəblərinin IX sinif şagirdləri isə iyunun 12-də imtahan verəcək və 83 imtahan mərkəzində keçiriləcək imtahanlarda 35 553 IX sinif şagirdi iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti