Azərbaycan, Bakı, 12 iyun /Trend/
Jurnalistlər arasında erməni təcavüzü və onun Azərbycan xalqı üçün törətdiyi fəlakətləri əks etdirən müsabiqə elan edilib.
Müsabiqə Azərbaycan Sosial Rifah Partiyası və Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyi tərəfindən Milli Mətbuatımızın 135 illiyi və 2010-cu ilin "Qarabağ ili" elan edilməsi ilə əlaqədar keçirilir.
Jurnalistlər bu mövzuda yazılarını müsabiqə komissiyasına təqdim edə bilərlər.