...

Azərbaycanın Təhsil Nazirliyi təhsil sahəsindəki problemlərin mərhələli həllini həyata keçirəcək - nazir Misir Mərdanov

Cəmiyyət Materials 21 İyun 2010 12:10 (UTC +04:00)
Azərbaycanın Təhsil Nazirliyi Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil Komissiyasının sədri Ramiz Mehdiyevin qeyd etdiyi problemlərin mərhələli həllini həyata keçirəcək. Bu barədə bazar ertəsi jurnalistlərə təhsil naziri Misir Mərdənov məlumat verib.
Azərbaycanın Təhsil Nazirliyi təhsil sahəsindəki problemlərin mərhələli həllini həyata keçirəcək - nazir Misir Mərdanov

Azərbaycanın Təhsil Nazirliyi Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil Komissiyasının sədri Ramiz Mehdiyevin qeyd etdiyi problemlərin mərhələli həllini həyata keçirəcək. Bu barədə bazar ertəsi jurnalistlərə təhsil naziri Misir Mərdanov məlumat verib.

"Mən onun fikri ilə tam razıyam, biz mövcud problemlər barədə məlumatlandırıldıq və onların həlli üçün mərhələli şəkildə müvafiq işləri həyata keçirəcəyik", - nazir bildirib.

Bundan əvvəl Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil Komissiyasının sədri, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin iştirakı ilə ali təhsil müəssisələrinin yeni maliyyələşmə mexanizminə dair müşavirə keçirilib.

Müşavirəyə yekun vuran Ramiz Mehdiyev rektorların diqqətini təhsillə bağlı bir neçə problemə cəlb edərək qeyd edib ki, Azərbaycan bu gün ən dinamik inkişaf edən ölkələrdən biri olmaqla, yüksəkixtisaslı mütəxəssislərə böyük ehtiyac duyur. Lakin dövlət qulluğuna qəbul olunmaq üçün verilən imtahanlar, eləcə də müvafiq şirkətlərin keçirdiyi sınaqlar ali məktəb məzunlarının heç də hamısının bilik səviyyəsinin günün tələblərinə cavab vermədiyini göstərir. Bütün bu problemlər ali məktəblərin fəaliyyətində mövcud olan qüsurlardan xəbər verir. Təhsillə bağlı hər bir insanı belə bir cəhət də narahat edir ki, kadr korpusu sürətlə qocalmaqdadır, onları əvəz etmək üçün Avropa təhsil standartlarını ölkəmizdə bərqərar etməyə qadir olan gənc kadrlar isə kifayət qədər deyil.
Ramiz Mehdiyevin fikrincə, bütün ali məktəblər Bolonya prosesinə sözdə fəal şəkildə qoşulduqlarını bəyan etsələr də, onların istifadə etdikləri proqramlarda sovet dövründən bu günə qədər çox kiçik dəyişikliklər öz əksini tapıb. Məzunların xeyli hissəsi ingilis dilində və informatika sahəsində beynəlxalq test sistemlərinin tələblərinə cavab verən biliklər nümayiş etdirməyə qadir deyil. Bütün bunlar ali məktəblərdə mövcud mənfi hallardan xəbər verir.

Ali Attestasiya Komissiyasının işinin təhlili göstərir ki, elmi dərəcə almaq naminə ali məktəblərdən təqdim olunan dissertasiyaların sayı durmadan artır. Lakin Azərbaycanın təhsil sistemində çalışan alimlərin dünyada böyük nüfuza malik jurnallarda məqalələrinə nadir hallarda təsadüf edilir. Bununla yanaşı, hələ də ali məktəblərdə ictimai elmlərin tədrisi ilə bağlı tələb olunan dönüş yaranmayıb.

Xəbər lenti

Xəbər lenti