Trend Beynəlxalq İnformasiya Agentliyi dünyada böyük sosial şəbəkə olan Facebook istifadəçiləri üçün bir-birinə agentliyin saytında yerləşdirilimiş məqalələri göndərməyə imkan verən xidmət yaradıb.
Hər bir məqalənin altında "Məsləhət görürəm" (Like) düyməsi yerləşdirilib. Bu düyməni basdıqdan sonra həmin məqalə istifadəçinin xəbərlər lentində görünəcək.
1995-ci ildə Azərbaycanda yaradılmış TREND özəl informasiya agentliyi Qafqazda və Xəzəryanı regionda aparıcı xəbər tədarükçüsüdür. TREND Azərbaycan, Qafqaz və Mərkəzi Asiyada iri xəbər agentliklərindən biridir. Trend gün ərzində beş dildə - Azərbaycan, ingilis, rus, fars və ərəb dillərində 500-ə yaxın xəbər dərc edir. Trend müştərilərə yüksək keyfiyyətli multimediya materialları, siyasət və iqtisadiyyat sahəsində aparıcı analitiklərin yazdığı məqalələri təqdim edir. Agentlik öz məhsullarını fəal şəkildə sosial şəbəkələrdə yayır.