...

Azərbaycanda dövlət qulluqçusu kimi 10 192 nəfər pensiya alır

Cəmiyyət Materials 22 İyun 2010 11:06 (UTC +04:00)
Azərbaycanda dövlət qulluqçusu kimi pensiya alanların sayı aprelin 1-nə olan statistikaya görə 10 192 nəfər təşkil edir. Onların orta aylıq pensiya məbləği isə 320,34 manatdır.
Azərbaycanda dövlət qulluqçusu kimi 10 192 nəfər pensiya alır

Azərbaycan, Bakı, 22 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda dövlət qulluqçusu kimi pensiya alanların sayı aprelin 1-nə olan statistikaya görə 10 192 nəfər təşkil edir. Onların orta aylıq pensiya məbləği isə 320,34 manatdır. Bu barədə çərşənbə axşamı Trend-ə Dövlət Sosial Müdafiə Fondunun "İctimaiyyətlə əlaqə" şöbəsinin müdiri Elman Babayev məlumat verib.

Azərbaycan Prezidenti İlham Əliyevin 25 may 2006-cı il tarixli sərəncamı ilə iyun 23-ü dövlət qulluqçularının peşə bayramı günü kimi təsis edilib. Artıq beşinci ildir, dövlət qulluqçuları öz peşə bayramlarını qeyd edirlər. Dövlət qulluqçuları bir çox sahələrdə, o cümlədən, pensiya təminatında xüsusi imtiyazlara malikdirlər.

Onu da bildirək ki, 2010-cu il aprel ayının 1-i vəziyyətinə görə, Azərbaycanda qeydiyyatda olan pensiyaçıların sayı 1301,7 min nəfərdir.

Xəbər lenti

Xəbər lenti