...

Azərbaycanda ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında qanun layihəsi hazırlanır

Cəmiyyət Materials 23 İyun 2010 17:57 (UTC +04:00)
Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi və İsveçrənin Ətraf Mühit üzrə Federal Departamenti tərəfindən təşkil edilən subregional seminar zamanı"Azərbaycan Respublikasında ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" qanun layihəsinin ilkin mətni üzərində müzakirələr keçirilib.
Azərbaycanda ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında qanun layihəsi hazırlanır

Azərbaycan, Bakı, 23 iyun /Trend, müxbir M.Əliyev/

Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi və İsveçrənin Ətraf Mühit üzrə Federal Departamenti tərəfindən təşkil edilən subregional seminar zamanı "Azərbaycan Respublikasında ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" qanun layihəsinin ilkin mətni üzərində müzakirələr keçirilib. Bu barədə nazirliyin məlumatında deyilir.

Seminarda Azərbaycan ekspertləri ilə yanaşı, Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Tacikistan və Gürcüstandan olan ətraf mühitin qiymətləndirilməsi sahəsi üzrə ekspertlərlə birgə ətraf mühitə təsirin qiymətləndirilməsi sahəsində mövcud olan modelllər, qanunvericilik bazası müzakirə edilib və bu mövzu ilə bağlı fikirlər səslənib.

Müzakirələrdə BMT-nin Avropa İqtisadi Komissiyasının, İsveçrənin Bern Universtitetinin, həmçinin ictimaiyyətin bu proseslərdə fəal iştirakının təmin edilməsi məqsədilə bölgədə fəaliyyət göstərən regional ekoloji mərkəzlərin rəhbərləri iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti