...

Azərbaycanda gənc alimlərin fəaliyyəti stimullaşdırılacaq - AMEA prezidenti

Cəmiyyət Materials 1 İyul 2010 10:13 (UTC +04:00)
Azərbaycanda gənc alimlərin stimullaşdırılması üzrə Dövlət Proqramı qəbul olunacaq. Bu barədə çərşənbə günü Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Mahmud Kərimov bildirib.
Azərbaycanda gənc alimlərin fəaliyyəti stimullaşdırılacaq - AMEA prezidenti

Аzərbaycan, Bakı, 30 iyun /Trend, müxbir М.Əliyev/

Azərbaycanda gənc alimlərin stimullaşdırılması üzrə Dövlət Proqramı qəbul olunacaq. Bu barədə çərşənbə günü Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Mahmud Kərimov bildirib.

"Bu il Elmlər Akademiyası alimlərin evlə təmin olunması, onların əməkhaqqının artırılması və digər stimullaşdırıcı tədbirləri nəzərdə tutan proqram hazırlamağı və hökumətə təqdim etməyi planlaşdırır", - Kərimov deyib.

Onun sözlərinə görə, elm gənclər üçün yaradıcı planda olduğu kimi, maddi tələbat planında da daha cəlbedici sahə olmalıdır.

"Əgər alimlərin kompleks planları öz həllini tapmasa, gələcəkdə hər hansı bir nailiyyət gözləmək olmaz", - AMEA-nın prezidenti qeyd edib.

Xəbər lenti

Xəbər lenti