...

"İrəli" İctimai Birliyinin "Media Akademiya" layihəsi çərçivəsində növbəti təlimləri keçirilib

Cəmiyyət Materials 5 İyul 2010 12:14 (UTC +04:00)
"İrəli" İctimai Birliyinin "Media Akademiya" layihəsi çərçivəsində akademiyada növbəti təlimləri keçirilib, - məlumatı bazar ertəsi birliyin mətbuat xidməti yayıb.
"İrəli" İctimai Birliyinin "Media Akademiya" layihəsi çərçivəsində növbəti təlimləri keçirilib

Azərbaycan, Bakı, 5 iyul /Trend, müxbir T.Hacıyev/

"İrəli" İctimai Birliyinin "Media Akademiya" layihəsi çərçivəsində akademiyada növbəti təlimləri keçirilib, - məlumatı bazar ertəsi birliyin mətbuat xidməti yayıb.

"İrəli" İctimai Birliyi "Media Akademiya" layihəsinə start verib. Akademiya alternativ jurnalistika - peşə kursu formatında fəaliyyət göstərir. Akademiyanın tərkibində fəaliyyət göstərən radioda - "İrəli Prodakşn"da gənclər arzusunda olduqları layihələri gerçəkləşdirmək, ölkənin irəlidə gedən xəbər agentlikləri, qəzetləri, radio və televiziyalarında staj keçmək, jurnalistikanın bütün sirlərini sektorun tanınmış simalarından öyrənmək imkanı əldə edəcəklər. Kursun məqsədi modern anlayışda, yüksək dünyagörüşlü, savadlı, qısaca, peşəkar gənc jurnalistlər yetişdirib, onların milli mətbuat məkanında layiqincə təmsil edilmələrinə nail olmaqdır. Hazırda layihənin 35 iştirakçısı var.

Növbəti təlimlər "PR" strategiyalarının qurulması, düzgün reklam işinin aparılması haqqında olub. Bu mövzuda isə mütəxəssislər "Ali və Nino" kitab mağazaları və restoranları şəbəkəsinin direktoru Nigar Köçərli və Mərkəzi Bankın Kommunikasiya Departamentinin direktoru Rüfət Abbasov idi. Qeyd edək ki, Rüfət Abbasov, eyni zamanda, Beynəlxalq "PR" Assosiasiyasının Azərbaycandan olan yeganə nümayəndəsidir. Nigar Köçərli sahibi olduğu "Ali və Nino" kitab mağazaları və restoranları şəbəkəsinin "PR" işinin necə aparıldığından və necə uğur əldə etdiklərindən danışıb, daha sonra isə Rüfət Abbasov "PR" texnologiyalarından söz açıb. Akademiyanın dərs cədvəlinə uyğun olaraq, digər təlimçi - Mərmərə Universitetinin jurnalistika fakültəsinin məzunu Mahirə Əhmədova protokol jurnalistikası haqqında dərslərini davam etdirib.

Xəbər lenti

Xəbər lenti