...

Çexiya Azərbaycanı özünə strateji tərəfdaş hesab edir - səfir Radek Matula

Cəmiyyət Materials 7 İyul 2010 16:39 (UTC +04:00)
Çexiya Azərbaycanı özünə strateji tərəfdaş hesab edir. Trend-in Bakı Dövlət Universitetinin (BDU) mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bu barədə Çexiyanın Azərbaycandakı səfiri Radek Matula çərşənbə günü BDU rektoru, millət vəkili Abel Məhhərmovla görüşü zamanı deyib.
Çexiya Azərbaycanı özünə strateji tərəfdaş hesab edir - səfir Radek Matula

Azərbaycan, Bakı, 7 iyul /Trend, müxbir T.Hacıyev/

Çexiya Azərbaycanı özünə strateji tərəfdaş hesab edir. Trend-in Bakı Dövlət Universitetinin (BDU) mətbuat və informasiya şöbəsinə istinadən verdiyi məlumata görə, bu barədə Çexiyanın Azərbaycandakı səfiri Radek Matula çərşənbə günü BDU rektoru, millət vəkili Abel Məhərrəmovla görüşü zamanı deyib.

Səfir iki ölkə arasındakı münasibətlərdə mədəniyyət və elm sahəsində olan əlaqələrin vacib olduğunu bildirib, Çexiya universitetlərinin BDU ilə əlaqələrin qurulmasında maraqlı olduğunu diqqətə çatdırıb.

BDU rektoru Məhərrəmov səfirə universitet haqqında məlumat verib, onun beynəlxalq əlaqələrindən, o cümlədən bir çox Avropa ölkələrinin universitetləri ilə ikitərəfli müqavilələrindən danışıb. BDU-nun Çexiya ali məktəbləri ilə əməkdaşlığa önəm verdiyini bildirib.

Məhərrəmov Çexiya universitetləri ilə tələbə mübadiləsi, təcrübələrin keçirilməsi barədə protokolun imzalanmasını, gənclərin humanitar sahədə əlaqələrinə təkan verilməsini təklif edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.

Səfir Radek Matula görüşdən sonra universitetlə tanış olub və yüksək təəssüratla ayrılıb.

Xəbər lenti

Xəbər lenti