...

Azərbaycanın ali məktəblərinə müsabiqədənkənar daxil olan 41 nəfər dünya və Avropa çempionunun siyahısı təsdiqlənib - Məleykə Abbaszadə

Cəmiyyət Materials 9 İyul 2010 12:05 (UTC +04:00)
Azərbaycanın ali məktəblərinə müsabiqədənkənar daxil olan 41 nəfər dünya və Avropa çempionunun siyahısı təsdiqlənib.
Azərbaycanın ali məktəblərinə müsabiqədənkənar daxil olan 41 nəfər dünya və Avropa çempionunun siyahısı təsdiqlənib - Məleykə Abbaszadə

Azərbaycan, Bakı, 9 iyul /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın ali məktəblərinə müsabiqədənkənar daxil olan 41 nəfər dünya və Avropa çempionunun siyahısı təsdiqlənib, - Trend-in məlumatına görə, bu barədə cümə günü Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında bildirib.

"Həmin şəxslər İdman və Bədən Tərbiyəsi Akademiyasına daxil olublar. Bundan əlavə, altı nəfər Bakı Musiqi Akademiyasına daxil olmaq üçün tələb olunan qabiliyyət imtahanından azad edilib", - Abbaszadə bildirib.

TQDK sədri həmçinin bildirib ki, iyulun 11-də 2010-2011-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə I ixtisas qrupu üzrə qəbul imtahanı keçiriləcək.

İmtahan Bakı, Naxçıvan, Gəncə və Sumqayıt şəhərlərində aparılacaq. Bakı, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərinin orta ümumtəhsil məktəblərindən 2 413 nəzarətçi-müəllimin iştirak edəcəyi imtahana 258 imtahan rəhbəri cəlb olunub.

Bu il I qrup üzrə 35 769 abituriyent ərizə təqdim edib. Sənəd verənlərin 32 992 nəfəri Azərbaycan, 2 777 nəfəri isə rus bölməsinin məzunudur. Abituriyentlərin 21 547 nəfəri oğlan, 14 222 nəfəri qızdır. Bu ixtisas qrupu üzrə təhsil almaq istəyən 156 abituriyent xarici ölkələrin vətəndaşıdır, 140 abituriyent ali təhsillidir və I ixtisas qrupu üzrə ikinci ali təhsil almaq arzusundadır. Ən yaşlı abituriyent 1 954, ən gənc isə 1996-cı il təvəllüdlüdür. Bakıda 25 497, Gəncədə 4 573, Naxçıvanda 1 353, Sumqayıtda 4 346 abituriyent imtahan verəcək.

Bütün qruplar üzrə ixtisas seçimi abituriyentlərin qəbul imtahanlarında topladıqları ballar elan olunduqdan sonra, iyulun 25-dən avqustun 2-dək internet vasitəsilə aparılacaq.

Xəbər lenti

Xəbər lenti