...

İranda Azərbaycan xalçası "Milli İrs" kimi qeydiyyata alınıb

Cəmiyyət Materials 12 İyul 2010 10:45 (UTC +04:00)
İranda Azərbaycan xalçası "Milli İrs" kimi qeydiyyata alınıb
İranda Azərbaycan xalçası "Milli İrs" kimi qeydiyyata alınıb

Azərbaycan, Bakı, 12 iyul /Trend, müxbir T.Cəfərov/

İranın Təbriz şəhərində Təbriz neft-kimya sarayında Azərbaycan xalçasının "Milli İrs" kimi qeydiyyata alınma mərasimi keçirilib. Bu barədə bazar ertəsi Trend İranın İRNA xəbər agentliyinə istinadən məlumat verib.

Tədbirdə İran Prezidentinin müavini, Turizm və Mədəni Abidələrin Mühafizəsi İdarəsinin və Azad İqtisadi Zonalar üzrə Mərkəzin sədri Həmid Bəqayi dünyada xalçaçılıq sənətinə olan maraqdan danışıb və deyib ki, İran xalçasının dünyada özünə şöhrət qazanmış xalçalar içində məxsusi yeri var.

Bəqayi Təbriz bazarının tarixindən danışıb və deyib ki, gələn həftə Təbriz bazarı mədəni irs kimi YUNESKO-da qeydiyyata alınacaq.

Hülaku xan dövründə Təbriz  xalça istehsalı və satışı mərkəzlərindən biri olub. Təbriz tacirləri Qacar dövrünün ortalarında xalça ixracatında böyük rol oynayıblar.

Təbrizdə toxunan xalçalar üzərində, əsasən, Şah Abbas, balıq, ağac, güldan, ləçək, Şeyx Səfi və Quba kimi naxışlardan istifadə olunur.

Xəbər lenti

Xəbər lenti