...

Azərbaycanda uçota alınan əcnəbilərin sayı 13,1 faiz artıb - DSMF

Cəmiyyət Materials 12 İyul 2010 11:20 (UTC +04:00)
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində bu ilin 6 ayı ərzində uçota alınan əcnəbilərin sayı 13,1 faiz artıb.
Azərbaycanda uçota alınan əcnəbilərin sayı 13,1 faiz artıb - DSMF

Azərbaycan, Bakı, 12 iyul /Trend, müxbir M.Əliyev/

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində bu ilin 6 ayı ərzində uçota alınan əcnəbilərin sayı 13,1 faiz artıb. Bu barədə bazar ertəsi Trend-ə fondun İctimaiyyətlə əlaqə sektorunun müdiri Elman Babayev məlumat verib.

"Hesabat dövründə DSMF tərəfindən əlavə olaraq 1 052 nəfər əcnəbi vətəndaş uçota alınıb. Beləliklə, 2010-cu il iyulun 1-nə olan statistikaya əsasən, fərdi uçot sistemində uçota alınan əcnəbilərin sayı 9 081 nəfərə yüksəlib. Ümumilikdə, 91 ölkənin vətəndaşını əhatə edən əcnəbilər arasında əvvəlki hesabat dövrlərində olduğu kimi, Тürkiyə vətəndaşları çoxluq təşkil edir - 5 118 nəfər", - Babayev deyib.

Onun sözlərinə görə, fərdi uçot sistemində uçota alınan əcnəbilərin sayına görə ikinci yerdə qərarlaşan Gürcüstan vətəndaşlarının sayı 1 303 nəfərə çatıb. Üçüncü yerdə gələn Rusiya Federasiyası vətəndaşlarının sayı isə hazırda 585 nəfər təşkil edir. Sonrakı yerlərdə İran İslam Respublikası (295 ), Hindistan (236), Çin Xalq Respublikası (131), Bosniya və Herseqovina (125), Böyük Britaniya və Şimali İrlandiya Krallığı (85), Ukrayna (85), Filippin (84), Pakistan İslam Respublikası (78), Qazaxıstan (69), Özbəkistan (66), Malayziya (65), Almaniya (61), Türkmənistan (53), İtaliya (50), ABŞ (44) və s. ölkələr gəlir.

2006-cı il yanvarın 1-dən Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilərin məcburi dövlət sosial sığortası ilə əhatə olunma prosesinə başlanılıb.

Xəbər lenti

Xəbər lenti