...

Azərbaycanın Xəzərdə balıq ovu üzrə kvotasının azalması ölkənin öz təşəbbüsüdür – Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Cəmiyyət Materials 12 İyul 2010 13:16 (UTC +04:00)
Azərbaycanın Xəzərdə balıq ovu üzrə kvotasının azalması ölkənin öz təşəbbüsüdür . Bu barədə Trend-ə bazar ertəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su hövzələrində bioloji müxtəlifliyin artırılması və mühafizəsi departamentinin müşaviri Tariyel Məmmədli məlumat verib.
Azərbaycanın Xəzərdə balıq ovu üzrə kvotasının azalması ölkənin öz təşəbbüsüdür – Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Azərbaycan, Bakı, 12 iyul /Trend, müxbir M.Əliyev/

Azərbaycanın Xəzərdə balıq ovu üzrə kvotasının azalması ölkənin öz təşəbbüsüdür . Bu barədə Trend-ə bazar ertəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su hövzələrində bioloji müxtəlifliyin artırılması və mühafizəsi departamentinin müşaviri Tariyel Məmmədli məlumat verib.

İranda keçirilən Xəzər dənizində su bioresursları komissiyasının iclasında balıq ovu üzrə Azərbaycanın kvotası 2008-ci illə müqayisədə (2009-cu ildə bu məsələ qaldırılmayıb) yeddi faiz azaldılaraq 6,7 faiz təşkil edib.

"Azərbaycan ölkənin su hövzələrində nərə balıqlarının dörd növünün ovlanmasına qadağa tətbiq edildiyini elan edib. Azərbaycan tərəfinin birtərəfli qaydada qəbul etdiyi bu qərar, ölkənin öz kvotasının azalmasına gətirib çıxarıb", - Məmmədli bildirib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi departamentinin müşavirinini sözlərinə görə, Xəzər dənizində su bioresursları komissiyasının Tehrandakı iclasında Azərbaycan tərəfi bioresurslardan yalnız balıqyetişdirmə və elmi tədqiqatlar üçün istifadə olunması barədə bəyanatla çıxış edib və bütün Xəzəryanı dövlətlərə bu təşəbbüsə qoşulmağı təklif edib.

Ekologiya Nazirliyinin Su hövzələrində bioloji resursların inkişafı və mühafizəsi departamentinin təklifi ilə balıq ovu üçün kvotaların müəyyən edilməsi üzrə növbəti iclas dekabrın birinci ongünlüyündə İranda keçiriləcək.

Xəbər lenti

Xəbər lenti