...

Azərbaycan Milli Mətbuatının yaranmasının 135 illiyi münasibətilə Həsən bəy Zərdabi haqqında kitabın təqdimatı keçirilib

Cəmiyyət Materials 14 İyul 2010 11:35 (UTC +04:00)
Azərbaycan Milli Mətbuatının banisi Həsən bəy Zərdabinin həyat və yaradıcılığından bəhs edən "Həsən bəy Zərdabi və Əkinçi" adlı kitabın təqdimatı keçirilib.
Azərbaycan Milli Mətbuatının yaranmasının 135 illiyi münasibətilə Həsən bəy Zərdabi haqqında kitabın təqdimatı keçirilib

Azərbaycan, Bakı, 14 iyul /Trend, müxbir S.Məmmədova/

Azərbaycan Milli Mətbuatının banisi Həsən bəy Zərdabinin həyat və yaradıcılığından bəhs edən "Həsən bəy Zərdabi və "Əkinçi" adlı kitabın təqdimatı keçirilib. Trend-in məlumatına görə, çərşənbə günü təqdimatı baş tutan kitab Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası və Söz Azadlığını Müdafiə Fondunun dəstəyi ilə Milli Mətbuatın 135 illiyi münasibətilə nəşr olunub.

Kitabda Zərdabinin Mirzə Fətəli Axundovla məktublaşmaları, Zərdabi haqqında xatirələr və Zərdabinin həyat və yaradıcılığı haqqında yazılmış məqalələr yer alıb.

Trendin arayışı: 1875-ci il iyulun 22-də görkəmli maarifçi və publisist Həsən bəy Zərdabi tərəfindən nəşr olunmağa başlayan "Əkinçi" qəzeti ilə əsası qoyulmuş Azərbaycan Milli Mətbuatı bütün dövrlərdə həqiqət carçısı olmuş, cəmiyyəti düşündürən problemləri, dövrün qabaqcıl ideyalarını və mütərəqqi fikirlərini əks etdirmiş, xalqımızın maariflənməsində, milli və bəşəri dəyərlərin təbliğində mühüm rol oynamışdır.

Xəbər lenti

Xəbər lenti