...

Azərbaycan deputatları Norveçdəki azərbaycanlı gənclərlə görüşüblər

Cəmiyyət Materials 14 İyul 2010 16:16 (UTC +04:00)
Azərbaycan deputatları Norveçdəki azərbaycanlı gənclərlə görüşüb. Bu barədə çərşənbə günü Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin məlumatında bildirilir.
Azərbaycan deputatları Norveçdəki azərbaycanlı gənclərlə görüşüblər

Azərbaycan, Bakı, 14 iyul /Trend, müxbir M.Əliyev/

Azərbaycan deputatları Norveçdəki azərbaycanlı gənclərlə görüşüb. Bu barədə çərşənbə günü Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin məlumatında bildirilir.

Norveç Azərbaycanlıları Gənclər Təşkilatının sədri Ramil Əliyev təşkilatın iki ölkə arasındakı dostluq və əməkdaşlığın daha da möhkəmlənməsi istiqamətində gördüyü işlər haqqında danışıb.

O bildirib ki, Norveçdə Azərbaycan tarixinin, mədəniyyətinin, ölkəmizin regiondakı siyasət və iqtisadi inkişafda getdikcə artan rolunun tanıdılması, təbliğ olunması ilə bağlı mühüm tədbirlər və elmi layihələr həyata keçirilir.

Görüş zamanı Milli Məclisin sədr müavini Bahar Muradova və deputatlar Azay Quliyev, Fazil Mustafa, Fəttah Heydərov, Rəbiyyət Aslanova, Eldar İbrahimov gənclər təşkilatının Avropada Azərbaycanla bağlı informasiya boşluqlarının doldurulmasındakı müsbət rolunu qeyd ediblər. Həmçinin, nümayəndə heyəti xaricdə yaşayan hər bir azərbaycanlıya yaşadıqları ölkələrin ictimaiyyətinə inteqrasiya etmələrini və cəmiyyətlərdə müəyyən nüfuz, mövqe sahibi olmalarını tövsiyə ediblər.

Xəbər lenti

Xəbər lenti