...

Azərbaycanın ali məktəblərinə IV ixtisas qrupuna qəbul imtahanları başa çatıb

Cəmiyyət Materials 17 İyul 2010 20:14 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Respublika ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə IV ixtisas qrupu üzrə qəbul imtahanı keçirib.
Azərbaycanın ali məktəblərinə IV ixtisas qrupuna qəbul imtahanları başa çatıb

Azərbaycan, Bakı, 17 iyul /Trend/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Respublika ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə IV ixtisas qrupu üzrə qəbul imtahanı keçirib.

Eyni zamanda Hərbi Liseylərə, Azərbaycan Tibb Universitetinin Orta Hərbi Tibb Məktəbinə (Feldşer ixtisası üzrə) qəbul imtahanı keçirilib.

Cari tədris ilində IV ixtisas qrupu üzrə 15348 abituriyent ərizə təqdim edib.

Qəbul imtahanı Bakı şəhərində 27, Naxçıvan şəhərində 3 binada  aparılırb.

İmtahandan dərhal sonra test tapşırıqlarının ekspertizası aparılıb.

İmtahanda istifadə olunmuş sualların düzgün cavabları TQDK-nın internet saytında yerləşdiriləcək.

İyulun 18-dən etibarən cavab kartlarının emalına başlanacaq və imtahanın nəticələri yaxın günlərdə elan olunacaq.

Xəbər lenti

Xəbər lenti