...

"İRƏLİ" "Media Akademiya" layihəsi çərçivəsində silsilə görüşləri davam etdirir

Cəmiyyət Materials 26 İyul 2010 13:28 (UTC +04:00)
"İRƏLİ" İctimai Birliyi "Media Akademiya" layihəsi çərçivəsində silsilə görüşləri davam etdirir.
"İRƏLİ" "Media Akademiya" layihəsi çərçivəsində silsilə görüşləri davam etdirir

Azərbaycan, Bakı, 26 iyul /Trend, müxbir T.Hacıyev/

"İRƏLİ" İctimai Birliyi "Media Akademiya" layihəsi çərçivəsində silsilə görüşləri davam etdirir.

Akademiyanın növbəti qonağı millət vəkili, "Ailə həkimi" jurnalının təsisçisi İlham Məmmədov olub. Qonaq gənclərə hal-hazırda medianın siyasi proseslərdə nə qədər aktiv iştirakı və rolunun əvəzsiz olması barədə danışıb. Bundan əlavə, İlham Məmmədov ixtisaslaşmış jurnalistika barədə məlumat vermiş və gənclərin çoxsaylı suallarını cavablandırmışdır.

Digər qonaq isə PR mövzusunda təlimləri davam etdirib. Qonaq uzun illər teleaparıcı kimi fəaliyyət göstərib, hazırda isə Mərkəzi Bankın ictimaiyyətlə əlaqələr şöbəsinin mətbuat katibi vəzifəsində çalışan Namiq Əliyev olub.

Akademiyanın tələbələrinə Azərbaycanın bütün tanınmış media mütəxəssisləri tərəfindən dərslər keçirilir. Gənclərə praktiki məşğələlərini Azərbaycanın bütün aparıcı TV, radio, informasiya agentlikləri və qəzetlərində keçməyə şərait yaradılıb.

Alternativ jurnalistika - peşə kursu formatında fəaliyyət göstərən akademiyanın tərkibindəki "Radio"da, "İRƏLİ Prodakşn"da gənclər arzusunda olduqları layihələri gerçəkləşdirmək imkanı əldə edəcəklər. Kursun məqsədi modern anlayışda, yüksək dünyagörüşlü, savadlı, qısaca, peşəkar gənc jurnalistlər yetişdirib, onların milli mətbuat məkanında layiqincə təmsil edilmələrinə nail olmaqdır.

Hal-hazırda layihənin 30 iştirakçısı var.

Qeyd edək ki, layihənin tərəfdaşları "1News" İnformasiya Agentliyi, "Day.az" İnformasiya Agentliyi, "APA" İnformasiya Agentliyi, Trend İnformasiya Agentliyi, "News.az" İnformasiya Agentliyidir.

Xəbər lenti

Xəbər lenti