...

Aİ-nin maliyyə dəstəyi ilə Kür çayı haqqında film çəkilir

Cəmiyyət Materials 29 İyul 2010 16:29 (UTC +04:00)
Cənubi Qafqazın əsas su arteriyası, Azərbaycan, Gürcüstan və Ermənistanın ümumi təbii irsi olan Kür (gürcücə Mtkvari) çayı Aİ-nin maliyyələşdirdiyi "Hello Europe" layihəsi çərçivəsində 20 dəqiqəlik sənədli filmə "çəkilir".
Aİ-nin maliyyə dəstəyi ilə Kür çayı haqqında film çəkilir

Azərbaycan, Bakı, 29 iyul /Trend, müxbir A.Qasımova/

Cənubi Qafqazın əsas su arteriyası, Azərbaycan, Gürcüstan və Ermənistanın ümumi təbii irsi olan Kür (gürcücə Mtkvari) çayı Aİ-nin maliyyələşdirdiyi "Hello Europe" layihəsi çərçivəsində 20 dəqiqəlik sənədli filmə "çəkilir".

Çəkiliş qrupu çayın heyranedici gözəlliyini göstərmək və ətraf mühitin vəziyyətini öyrənmək üçün Kürün 500 kilometrlik sahəsində çəkiliş aparıb. Əvvəllər üç dövlət arasında kimin çayı çirkləndirməsi ilə bağlı mübahisələr olurdu. Vəziyyət Aİ-nin suyun keyfiyyətinin birgə monitorinq sistemini yaratmağa kömək edən üç milyon avro vəsait ayırmasından sonra yaxşılaşıb.

ENPI-dən bildirirlər ki, bu film "Hello Europe" layihəsi çərçivəsində Gürcüstanın prodüserlik etdiyi on sənədli filmdən biridir.

Bu layihə Azərbaycan, Gürcüstan və Ermənistan vətəndaşları arasında qarşılıqlı anlaşmanın artırılmasına yönəldilib.

10 filmin hamısı Gürcüstanın milli və regional telekanallarında nümayiş olunub və hazırda ingiliscə subtitrlərlə xüsusi "www.hello-europe.info" saytında yerləşdirilib.

"Hello Europe" EuropeAid-in maliyyələşdirdiyi 12 layihədən biridir.

Xəbər lenti

Xəbər lenti