...

Azərbaycan kanoeçisi Avropa çempionatında gümüş medal qazanıb

Cəmiyyət Materials 2 Avqust 2010 12:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 avqust /Trend, müxbir M. Əliyev/

Azərbaycan kanoeçisi Andrey Kraytor Rusiyanın paytaxtı Moskvada yeniyetmələr və 23 yaşadək kayak və kanoeçilər arasında Avropa çempionatında gümüş medal qazanıb. Bu barədə bazar ertəsi Azərbaycan Gənclər və İdman Nazirliyinin məlumatında bildirilir.

Kraytor birnəfərlik qayıqla (C-1) 500 metr məsafəyə yürüşdə seçmə mərhələni 7-ci, yarımfinal mərhələsini isə 1-ci pillədə başa vurmaqla, finalda iştirak hüququna yiyələnib. Həlledici mərhələdə o, yalnız ötənilki dünya çempionu Aleksey Korovaşkovdan (Rusiya) geri qalıb. Kraytor 200 metr məsafəyə yarımfinal yürüşündə də iştirak edib. O, bütün rəqiblərini qabaqlayaraq, 1-ci yeri tutub və əsas finala çıxıb. Bu məsafəyə həlledici yürüş iyulun 31-də olacaq.

Birnəfərlik kayak qayığında (K-1) yer alan Tamerlan Mustafayev isə yarımfinalda ilk "3-lük"ə düşə bilmədiyi üçün əsas finala çıxa bilməyib. Mustafayev 10-18-ci yerlər uğrunda mübarizəyə imkan verən "B" finalında çıxış edəcək.

Birnəfərlik kanoe qayığında çıxış edən daha bir təmsilçimiz Radoslav Kutsev də finala yüksəlib. Kutsevin 1000 metr məsafəyə həlledici yürüşü bazar ertəsi reallaşacaq.

Xəbər lenti

Xəbər lenti