...

Gənclərin I Yay Olimpiya oyunlarında Azərbaycandan 12 idmançı və üç hakim iştirak edəcək - nazir (FOTO)

Cəmiyyət Materials 6 Avqust 2010 14:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 avqust /Trend, müxbir M.Əliyev/

Gənclərin I Yay Olimpiya oyunlarında Azərbaycandan 12 idmançı və üç hakim iştirak edəcək. Bu barədə cümə günü Olimpiya hazırlığına həsr olunan mətbuat konfransında Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov bildirib.

Gənclərin I Yay Olimpiya oyunları 2010-cu il avqustun 14-dən 26-dək Sinqapurda keçiriləcək.

"Azərbaycan gəncləri idmanın altı növündə - güləş, boks, avarçəkmə, taekvando, dzü-do və ağır atletika - mübarizə aparacaqlar", - Rəhimov qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan komandası cümə günü Sinqapura yola düşəcək və orada olimpiya şəhərciyində yerləşəcək.

Sinqapurda idmanın 29 növü üzrə 3,5 mindən çox idmançı yarışacaq. Yarışmanın hər növündə özünəməxsus yaş qrupu var: 15-16, 16-17 və ya 17-18 yaşlar. Proqramdakı idman növlərinin sayı 2012-ci ildə keçiriləcək Londonda XXX Olimpiadanın proqramı ilə eynidir.

Xəbər lenti

Xəbər lenti