...

Azərbaycan Ombudsmanı Filippində keçiriləcək beynəlxalq regional konfransda iştirak edəcək

Cəmiyyət Materials 11 Avqust 2010 17:10 (UTC +04:00)
Ombudsman Aparatının mətbuat xidmətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, konfrans Asiya Ombudsmanlar Assosiasiyasının (AOA) və Filippin Ombudsmanının təşkilatçılığı, Asiya İnkişaf Bankının maliyyə dəstəyi ilə həmin assosiasiyaya üzv-təsisatların fəaliyyətinin gücləndirilməsinə yönəlmiş Regional Texniki Yardım (RETA) layihəsi çərçivəsində təşkil olunur.
Azərbaycan Ombudsmanı Filippində keçiriləcək beynəlxalq regional konfransda iştirak edəcək

Azərbaycan, Bakı, 11 avqust /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Ombudsmanı Elmira Süleymanova avqustun 24-25-də Filippində keçiriləcək beynəlxalq regional konfransda iştirak edəcək.

Ombudsman Aparatının mətbuat xidmətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, konfrans Asiya Ombudsmanlar Assosiasiyasının (AOA) və Filippin Ombudsmanının təşkilatçılığı, Asiya İnkişaf Bankının maliyyə dəstəyi ilə həmin assosiasiyaya üzv-təsisatların fəaliyyətinin gücləndirilməsinə yönəlmiş Regional Texniki Yardım (RETA) layihəsi çərçivəsində təşkil olunur.

Asiya ölkələri milli insan hüquqları təsisatlarının təcrübəsinin müzakirə olunacağı toplantıya Yaponiya, Çin, Tailand, Malayziya, Hindistan, Cənubi Koreya və başqa ölkələrin ombudsmanları, eyni zamanda, vətəndaş cəmiyyətinin təmsilçıləri qatılacaqlar.

İştirakçılar ombudsman təsisatlarının müstəqillik, hesabatlılıq, səlahiyyətlilik və effektivlik kimi müsbət təcrübə prinsiplərini müzakirə edəcək, bu yaxınlarda Malayziya konfransında həmin qaydalar çərçivəsində hazırlanmış təkliflər qəbul edəcəklər.

İnsan Hüquqları üzrə Müvəkkil, Azərbaycan Ombudsman İnstitutunun fəaliyyəti və təcrübəsi haqqında çıxış edəcək.

Xəbər lenti

Xəbər lenti