Azərbaycan, Bakı, 11 avqust /Trend, A.Axundov/
Çərşənbə günü Tofiq Bəhramov adına Respublika stadionunda Azərbaycan və Küveyt milli komandaları arasında yoldaşlıq oyunu keçirilib.
Oyun 1:1 hesabı ilə bitib. Azərbaycan yığmasının heyətində 42-ci dəqiqədə Elvin Məmmədov fərqlənib. 82-ci dəqiqədə Kuveytli futbolçı Bader Almutva hesabı bərabərləşdirib.
Qarşılaşmanı adları aşağıda göstərilmiş hakimlər idarə edib:
Baş hakim: Sergey Karasyov (Rusiya)
Baş hakmin köməkçiləri: Vitali Drozdov, İlya Barışnikov (hər ikisi - Rusiya)
Dördüncü hakim: Anar Salmanov (Azərbaycan)
Hakim-inspektor: Gülağa Cabarov (Azərbaycan)
Komissar: Ramiz Mustafayev (Azərbaycan)