Azərbaycan, Bakı, 14 avqust /Trend, müxbir M.Əliyev/
Azərbaycanın Qəbələ rayonunda "Şahdağ" Milli Parkında baş verən yanğının səbəbi, ehtimala görə, meşələrdə moruq yığan gənclərin ehtiyatsızlığı olub. Bu barədə Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatında deyilir.
Avqustun 13-də Qəbələ rayonunda dörd hektar ərazini əhatə edən yanğının qarşısı Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli strukturları, FHN-nin Şamaxı rayonu və Qəbələ rayonunun yanğınsöndürmə əməkdaşları tərəfindən alınıb. Yanğınların söndürülməsinə Azərbaycan FHN-nin helikopterləri də cəlb edilib.
Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi əhalini yanğınla davranarkən ehtiyatlı olmağa, yanğın təhlükəsizlik tələblərinə riayət etməyə çağırır.