...

Azərbaycan güləşçisi Sinqapurda keçirilən Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb

Cəmiyyət Materials 15 Avqust 2010 15:45 (UTC +04:00)
Sinqapurda keçirilən Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında 50 kq çəkidə ölkəmizi təmsil edən klassik güləşçimiz Elman Muxtarov qızıl medal qazanıb.
Azərbaycan güləşçisi Sinqapurda keçirilən Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb

Azərbaycan, Bakı, 15 avqust /Trend/

Sinqapurda keçirilən Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında 50 kq çəkidə ölkəmizi təmsil edən klassik güləşçimiz Elman Muxtarov qızıl medal qazanıb.

Muxtarov Belarus təmsilçisi Andrey Pikuza və kubalı Yohan Rodrigesi məğlub edərak finala çıxıb. Finalda güləşçimizin rəqibi Özbəkistan güləşçisi Nurbəy Hankulov olub. Rəqibi asanlıqla üstələməyi bacaran Muxtarov, komandamıza ikinci qızıl medalı gətirib.

İlk qızıl medalı komandamıza 42 kq çəkidə güləşən Murad Bazarov qazandırıb. 

Murad Bazarov ukraynalı Aleksey Zabski və ekvadorlu Henri Pilay üzərində qələbə qazanıb finala çıxmışdı. Finalda qazaxıstanlı Akan Baymagambetovla gərgin qarşılaşma nəticəsində qalib gəlib və ilk qızıl medalımızı qazanıb.

Xəbər lenti

Xəbər lenti